reklam
Regionxeberlericom.az » Gündəm » 2 № li Regional Sukanal İdarəsinin müdiri Fərhad Heydərovun korrupsiya əməlləri barədə Prezidentə müraciət olundu

reklam

2 № li Regional Sukanal İdarəsinin müdiri Fərhad Heydərovun korrupsiya əməlləri barədə Prezidentə müraciət olundu














Redaksiyamıza şikayət edən Ucar rayon sakini Raqif Şirinovun müraciətini olduğu kimi dərc edirik.

"Azərsu" ASC-nin 2 № li Regional Sukanal İdarəsinin  müdiri Fərhad Heydərov dövlət  vəsaitini talan etsədə ona gözün üstə qaşın var deyən yoxdur. "Azərsu" ASC-nin sədri vəzifəsini icra edən Köçəri Həsənovla yaxınlığı olduğu üçün 67 yaşlı Fərhad Heydərov əmək müqaviləsi ilə işləyir.Hansı ki, o bu sahənin mütəxəsisi deyil.Onun maxinasiya vasitəsi ilə dövlət əmlakını talan etmək məharəti çox güclüdür.Buna görədir ki, qocalıq yaşı keçmiş Fərhad Heydərov Şamaxı Su-Kanal İdarəsinin müdiri vəzifəsindən bir neçə ay əvvəl "Azərsu" ASC-nin 2 № li Regional Sukanal İdarəsinin  müdiri vəzifəsinə gətirdilər.

Bundan sonra avtomobillərə ayrılmış yanacaqlar saxta aktlarla satılmağa başlanıldı, 20 metr su borusu dəyişdirildiyi halda aktda bunu 2000 metr kimi qeyd edilməyə başlanıldı.Bahalı elektrik mühərrikləri satıldı, ehtiyat hissələri almaq adı ilə pullar silindi.Yeraltı su boruları yararlı olduğu halda çıxarılaraq satılmağa başlanıldı. 

Talançılığının sayı hesabı olmayan Fərhad Heydərovun şəxsi biznesi və əmlaklarının dəyəri milyonlarla manatdır. Bakı şəhərində çoxlu sayda mənzillərə, Şamaxı rayonunda bahalı villalara, ticarət obyektlərinə, avtosalona, şadlıq sarayına, balıq yetişdirmə gölünə, iri və xırda buynuzlu heyvan fermalarına sahib olan Fərhad Heydərovun yeri zindan olmalı idi ancaq rəhbərliyə yaxşı görüm-baxım etdiyi üçün 67 yaşlı qoca talançının vəzifəsi dahada yüksəlmişdir.Həttda Şamaxı rayonunda dəyəri bir milyon manatdan çox  olan istirahət mərkəzidə inşa etdirmişdir.

Fərhad Heydərov "Azərsu" ASC-nin 2 № li Regional Sukanal İdarəsinin  həyətindəki qiymətli ağacları bir neçə gün əvvəl kütləvi şəkildə qanunsuz olaraq kəsdirib məhv etmişdir.

Ucar və Zərdab Sukanal İdarələrində müdirlərə məcbur etdirib tələbnamə yazdırıb bir neçə ştatı işçinin razılığı olmadan qanunsuz ləğv etdirmişdir.Həmin ştatda uzun illər nöqsansız işləyən şəxslərə təzyiqlər göstərir.Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. Məqsəd isə onlardan istədiyi pulu almaqdır.Fərhad Heydərovun 67 yaşı olmasına baxmayaraq nəfsi çox böyükdür. "Azərsu" ASC-nin 2 № li Regional Sukanal İdarəsinə 6 rayon ( Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan)  sukanal idarələri və Külüllü su mənbəyi  tabedir. 2 № li Regional Sukanal İdarəsi Ucar rayonunda yerlışir. Hər bir idarə müdiri ona aylıq haqq verir.Buna görədir ki, artıq Zərdab Sukanal İdarəsinin saxta diplomlu , fərari müdiri Romiq Nəcəfov yararlı artezan qurğularını belə doğratdırıb metal kimi satdırır.(Romiq Nəcəfovun qanunsuz fəaliyyəti  barədə geniş məlumatı növbəti günlərdə verəcəm).

 Fərhad Heydərovun göstərişi əsasında "Azərsu" ASC-nin 2 № li Regional Sukanal İdarəsinin  tabeliyində olan rayonların Sukanal İdarələri yerlərdə sahibkarlara qeydiyyata alınmadan levi su xətləri çəkib onlardan aylıq pullar alırlar.Bununlada dövlət küllü miqdarda pul itiri ancaq Fərhad Heydərov belə cinayət yolu ilə yüksək kapital əldə edir. 

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm dövlət əmlakına qənim kəsilən 67 yaşlı yaramaz Fərhad Heydərovun  cinayət əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görəsiniz.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləri.com

 





Paylaş:


Müəllif : Tarix:
11-04-2022, 08:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər