“Azərsu” ASC-nin strukturu dəyişib, regional sukanal idarələri yaradılıb
Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” qərar verib.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, qərara əsasən, “Azərsu” ASC-nin tabeliyində, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılıb.
“Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” TSC və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin “Birləşmiş Sukanal” MMCyə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.
“Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı “Göyçay Sukanal” TSCnin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2019, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2019, 10:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:22
Bu gün, 10:04
Bu gün, 08:13
Dünən, 12:15
Dünən, 12:12
Dünən, 08:13
1-09-2025, 11:34
1-09-2025, 08:26
1-09-2025, 08:25

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC