Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR - FOTO
Takıda 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri həlak olublar.
Xəbər verir ki, bu barədə Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.
Hadisə axşam saatlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, şəhidin anası Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev dəm qazından ölüblər.
Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar.
2014-cü ildə Maştağadakı C.Cabbarlı adına 187 saylı məktəbi bitirib. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb./Oxu.az

Paylaş:
Müəllif : Fuad
Tarix:4-03-2025, 08:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT