reklam
Regionxeberlericom.az » Cəmiyyət » DOĞUM GÜNÜ OLAN VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİMİZ - FOTOLAR

reklam

DOĞUM GÜNÜ OLAN VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİMİZ - FOTOLAR










44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən altı nəfərin doğum günüdür.  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Leytenant Cavadov Namiq Rəhbər oğlu 1973-cü ilin noyabr ayının 7- də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olub. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil alıb.

2003-cü ildə Naxçıvanda N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Ehtiyyatda olan Leytenant Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində oktyabrın 19-u İkinci Qarabağ, Vətən Müharibəsinə çağırılıb. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə gedib, Qubadlı döyüşlərində iştirak edib. Müharibə zamanı ağır döyüşlərdə iştirak edən qəhrəmanımız Laçının Güləbird qəsəbəsinə kimi gəlib çıxıb. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafq sərəncamlarına əsasən Namiq Cavadov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Həsənov Elvin Əlizadə oğlu 1994-ci ilin noyabrında Ağdaş rayonu Mürsəl kəndində anadan olub. Elvin orta məktəbi qurtardıqdan sonra, 2013-2014-cü illərdə hərbi xidmətdə, Vətənin keşiyində olub. Əsgərlikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif işlərdə çalışıb.

Vətən müharibəsi başlayandan 2 gün sonra könüllü kimi döyüş bölgəsinə yollanıb. O, Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. 7 noyabrda dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Elvin Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Qasımov Şəhriyar Vəzir oğlu 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olub. 2013-cü ildə Bakı şəhərində məzun olub. 2013-cü il tarixində müddətli həqiqi hərbi xidmətini Tovuzda N saylı hərbi hissədə edib. Xidmət dövründə, xidmətdə fərqləndiyi üçün kiçik çavuş rütbəsi alıb. Daha sonra Tovuz döyüşlərində iştirak üçün könüllü ön cəbhəyə gedib.

2020 ci-ildə könüllü olaraq, sentyabrın 29-da Vətən müharibəsində iştirak üçün ön cəbhəyə yollanıb. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

O, oktyabrın 25-də qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Qasımov Şəhriyar Vəzir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Leytenant Quliyev Ramin Rizvan oğlu 1998-ci ildə anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2016-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olub. Təhsilini bitirdikdən sonra Ağdama müddətli həqiqi hərbi xidmətə yollanır.

Vətən müharibəsi başlayanda ön sıralarda gedən igidlərdən biri olan Ramin Suqovuşanın azad olunmasında qəhrəmancasına döyüşüb. O, oktyabrın 10-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Ramin Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Kapitan Quliyev Şahmar Kəmaləddin oğlu 1991-ci il noyabrın 7-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Şahmar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Şahmar Quliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahmar Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Baş leytenant Şükürov Samir Təyyub oğlu 1974-cü ildə Lerik rayonu Kəlvəz kəndində anad olub. 1981 ci ildə Kəlvəz kənd Fəxrəddin Şahbazov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. Təhsilini bitirdikdən sonra 1991-ci ildə müddətli həqiqi hərbi xidmətə çağrılıb.

1993-cü ildə Birinci Qarabağ müharibəsinə yollanıb və orada müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib, hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə görə zabit, daha sonra isə Baş leytenant rütbəsi verilib. 1996-ci ilədək hərbi xidmətdə olub.1997-ci ildə ehtiyata buraxılıb.

27 sentyabr 2020-ci il Vətən müharibəsində könülü olaraq cəbhəyə yollanıb. Oktyabrın 25-i müharibəyə yollanıb, 9 noyabr tarixində Şuşa şəhərinin alınmasında fəal iştirak edib. Noyabrın 10-u ailəsinə şəhid xəbəri verilib. Qəhrəmanımız Bakı şəhəri Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.




Paylaş:


Müəllif : Tarix:
7-11-2021, 10:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər