Polisi döyən sabiq deputat azadlığa çıxdı
Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.
RegionXəbərləricom.az Report-a istinadən xəbər verir ki, sabiq deputatın bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da sabiq deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.
Məlumata görə, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərini özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.
Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.
2 avqust 2021-ci tarixində parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.
Parlamentin 3 avqust 2021-ci il tarixli fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.
27 dekabr 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.
2 noyabr 1976-cı ildə Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2025, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO