Eldəniz Səlimov əfv üçün müraciət edib? - Rəsmi açıqlama
Milli Məclisin həbsdə olan sabiq deputatı Eldəniz Səlimov azadlığa buraxılmasını istəyir. Eks-deputatın bu məqsədlə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət ünvanladığı bildirilir.
Modern.az Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevlə əlaqə saxlayaraq, sabiq deputatın əfv üçün müraciət edib-etmədiyini soruşub.
Komissiya üzü bildirib ki, bununla bağlı məlumat ictimaiyyətə açıqlanmır:
“Əfv komissiyasına daxil olan müraciətlər və onun müəllifləri şəxsi məlumatlar kateqoriyasına aid olduğundan bu baradə məlumatlar açıqlanmır. Həmin məlumatları yalnız müraciət edən şəxslər özləri açıqlaya bilərlər”.
Xatırladaq ki, E.Səlimov 2021-ci ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Faktla bağlı Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-02-2023, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT