Sabirabad RMX-da baş həkim vəzifəsi hərraca çıxarılıb... - Artıq "klient"-də var... İDDİA

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən bir neçə dəfə yazmışam. Orada baş verən ana ölümləri və buna cavabdeh olan Mehriban həkim barədə məlumat vermişdim. Başqa neqativ hallar haqqında da bildirmişəm.
Lakin hər dəfə nə xəstəxanın rəhbərliyi, nə də TƏBİB heç bir tədbir görməyib, əksinə, məsələni ört-basdır etməyə üstünlük veriblər.
İndi Sabirabad RMX-da yeni problem baş qaldırıb. Baş həkim vəzifəsi hərraca çıxarılıb. Namizəd də müəyyənləşdirilub.
Deyilənə görə, xəstəxananın həmkarlar təşkilatının sədri, saxta əlillik təyinatı ilə məşğul olan onkoloq Elnur Əzizov bir aydan çoxdur 50 min manatından keçərək bu kresloya yiyələnmək istəyir.
Sabirabad RMX-nin direktoru Həsən Hüseynov işi düzüb-qoşsa da keçmiş baş həkim İkram Allahverdiyevin işdən azad edilmək haqqında ərizə verməməsi planı xeyli ləngidib.
Lakin Həsən Hüseynovun səyi nəticə verib, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə İkram doktorun işinə xitam verilib. Qeyd edim ki, İkram Allahverdiyev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Məsələ ilə əlaqədar TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Adilova mənimlə əlaqə saxlayıb bildirdi ki, Sabirabad RMX baş həkimi işdən çıxarılmayıb.
Amma İkram Allahverdiyevlə danışdım. Məlum oldu ki, İkram müəllim rəsmi şəkildə işdən azad edilib və bununla bağlı müvafiq əmr də verilib.
İndi bilmirəm, TƏBİB rəhbəri Vüqar Qurbanovun imzası olan sənədə inanım, yoxsa TƏBİB sözçüsü Zamirə Adilivanın and-amanına.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-07-2024, 12:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT