İçməli sudan qeyri-qanuni istifadə halları aşkarlandı - Video

İçməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.
Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti və layihəsi var. Lakin obyektin sahibi texniki şərtin icrası öhdəliyini və tələblərini yerinə yetirməyib. Əksinə, binanın əsas su xəttini layihədə nəzərdə tutulan nöqtəyə deyil, başqa istiqamətdən özbaşına, şəbəkəyə müdaxilə etməklə birləşdirib.
Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində bir sahibkara məxsus market, aptek, zoomağaza və ət satışı obyektlərində də suyun talanması aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan şəbəkəyə qanunsuz olaraq qoşulub.
Hövsan-Türkan yolu üzərində yerləşən marketdə də oxşar vəziyyət aşkarlanıb. Marketin su təchizatı qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Bülbülə qəsəbəsində yeni inşa olunan mebel sexinin sahibi texniki şərt almadan və müqavilə bağlamadan obyektin su xəttini özbaşına şəbəkəyə qoşub.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
Qeyd edək ki, cari ilin birinci rübündə içməli sudan qeyri-qanuni istifadə ilə bağlı Suraxanı rayonunda 76, ümumilikdə isə 1250 fakt aşkarlanaraq qarşısı alınıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların və sahibkarların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə yolverilməzdir. Bu əməlləri törədən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-04-2024, 16:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…