Bakının bir rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlandı - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Suraxanı rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.
Bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirilir. Suraxanı rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb.
Yeni Günəşli qəsəbəsinin A və B yaşayış massivlərində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edib. Obyekt sahibinə sudan qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilsə, o qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq suyu talamaqda davam edib.
Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində qum bazarı və istixanada da sudan qanunsuz istifadə halı aşkarlanıb. Sahibkar əhalini içməli su ilə təmin edən əsas xəttə birləşmə verərək, obyektlərin suya olan tələbatını ödəyirmiş. Oxşar fakt Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 ünvanında yerləşən kafedə də aşkarlanıb. Kafe sahibi obyekti çən vasitəsilə su ilə təmin etdiyini bildirib. Lakın araşdırmalardan məlum olub ki, yaxınlıqdan keçən şəbəkədən həm çənə, həm də obyektin özünə qanunsuz su xətti çəkilib. Oqtay Şabanov küçəsində yerləşən toyuq və balıq məhsullarını qurutma sexində su sayğacı olsa da, sayğacdankənar xəttdən istifadə edildiyi aşkar olunub. Əraziyə dəvət olunan qəza briqadası tərəfindən qeyri-qanuni birləşmələrin hamısı kəsilərək ləğv edilib.
Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Bu ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4 817, Suraxanı rayonunda isə 133 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-06-2023, 16:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video