ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 satışını təsdiqlədi
ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollarlıq F-16 qırıcılarının, F-16 modernləşdirmə dəstlərinin, həmçinin, digər sistemlərin satışına icazə verib.
Bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Amerika Xarici Siyasət Departamenti təxminən 23 milyard dollarlıq F-16-ların, modernləşdirmə dəstlərinin və müvafiq avadanlıqların Türkiyə hökumətinə potensial satışını təsdiqləyib.
Sənəddən belə məlum olur ki, Ankara əvvəllər ABŞ-dan 40 yeni F-16 almaq, 79 mövcud F-16-nı modernləşdirmək, həmçinin naviqasiya və rabitə də daxil olmaqla ehtiyat hissələri və müxtəlif sistemləri almaq üçün təklif verib.
“Təklif edilən satış Avropada siyasi və iqtisadi sabitlik üçün vacib olan NATO müttəfiqinin hava qüvvələrinin imkanlarını və qarşılıqlı fəaliyyət qabiliyyətlərini artırmaqla, ABŞ-nin xarici siyasətinə və milli təhlükəsizlik məqsədlərinə uyğundur”, - məlumatda bildirilib.
Agentlik satışın regiondakı əsas hərbi balansı dəyişməyəcəyini vurğulayıb.
ABŞ administrasiyası bu qərarla bağlı artıq Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var. Əsas podratçının “Lockheed Martin” şirkətinin olacağı güman edilir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqlənməsini Amerika Konqresinin Ankaraya F-16-ların satışı ilə bağlı qərarın qəbulu ilə əlaqələndirib.
Xatırladaq ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-01-2024, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı FƏRMAN imzaladı

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb