Ermənistan KTMT-nin yardımından imtina etdi
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.
BELTA xəbər verir ki, bunu noyabrın 20-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
Baş katib Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabr sessiyasının qərarlarının icrası ilə bağlı tədbirlər planının icrasından və Belarusun bu məsələ ilə bağlı prioritet istiqamətlərindən danışıb. O, Kollektiv Təhlükəsizlik Şurasının 34 tədbirindən 32-sinin icra edildiyini bildirib.
“Təəssüf ki, iki tədbiri icra edə bilmədik. Bunlardan birincisi, ATƏT kimi Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrimizdir. İkincisi isə Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarının yekunlaşdırılması ilə bağlı sərəncamıdır. Bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə heç bir maraq göstərmədi, hətta, üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdilər”, - deyə KTMT-nin baş katibi bildirib.
Qeyd edək ki, 2022-ci ilin noyabrında KTMT-nin Yerevanda keçirilən sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamaqdan imtina edib.
Xatırladaq ki, noyabrın 22-də Minskdə KTMT ölkələrinin müdafiə, xarici işlər nazirləri şuralarının, həmçinin, Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasları keçiriləcək. Noyabrın 23-də isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası baş tutacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-11-2023, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO