reklam
Regionxeberlericom.az » Siyasət » LUKAŞENKO PUTİNİN UDUZDUĞU MÜHARİBƏYƏ GİRƏCƏKMİ? – “Belarusda heç kim Putin üçün döyüşmək istəmir”

reklam

LUKAŞENKO PUTİNİN UDUZDUĞU MÜHARİBƏYƏ GİRƏCƏKMİ? – “Belarusda heç kim Putin üçün döyüşmək istəmir”
















“Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna müharibəsində balanslaşdırılımış siyasət yürütməyə çalışır. Rusiya Belarus ərazisindən istifadə edərək Ukraynaya qarşı hücumlar təşkil etsə də, Belarus indiyə qədər birbaşa olaraq müharibəyə qoşulmayıb. Lakin son günlər Lukaşenko ilə Vladimir Putin arasında baş tutan görüşlərdən sonra beynəlxalq arenada Belarusun müharibəyə daxil olacağıyla bağlı şübhələr artmağa başlayıb. Bu yaxınlarda iki ölkə arasında əldə olunan razılaşmaya görə, Rusiya Belarus ərazisində birgə hərbi qrup yerləşdirəcək və minlərlə rus hərbçisi yaxın günlərdə təlimlər üçün Belarusa göndəriləcək”.

Bu barədə ABŞ-ın “The Guardian” nəşrində yayımlanan “Lukaşenko Belarusu müharibəyə atacaqmı?” başlıqlı məqalədə bildirilir.

Sözügedən məqalənin tərcüməsini oxuculara təqdim edirik: “Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı G7 liderlərinin görüşü zamanı Lukaşenkonun təxribata başladığını, bunun qarşısını almaq üçün Ukraynanın Belarusla sərhəd ərazilərinə BMT sülhməramlılarının göndərilməsini təklif edib.

Belaruslu siyasi analitik Artyom Şrabman hesab edir ki, Lukaşenko Putinin təzyiqlərinə baxmayaraq, öz qüvvələrini Ukraynadakı müharibəyə göndərməyəcək: “Əlbəttə, Putinin çoxlu təsir rıçaqları var. Lakin o, Lukaşenkonu siyasi intihara məcbur edə bilməz. Buna görə də, mən, düşünürəm ki, Lukaşenko Belarusu müharibəyə aparacaq istənilən təzyiqə qarşı müqavimət göstərməyə çalışacaq”.
















Müstəqil müdafiə analitiki və “Rochan Consulting”-in direktoru Konrad Muzyka yazır ki, Belarusun hərbi vəziyyətinə bir neçə qüvvə nəzarət edir: “Belarusun silahlı qüvvələri nisbətən zəifdir. Orada Lukaşenkonun ritorikasından başqa heç bir şey yoxdur. Ordu tam gücünü toplayıb hücuma keçmək üçün səfərbərliklə azı 20 min nəfər hərbçi toplamalıdır. Bu, beynəlxalaq qurumlara Belarusa strateji xəbərdarlıq etməyə əlavə vaxt qazandıracaq.

Lakin bütün bunlara baxmayaraq, Belarus soyuq müharibə dövründən bəri ən yüksək səviyyədə təlimlər keçirir. Minsk sanki müharibəyə hazırlaşırmış kimi, bütün imkanlarını sınaqdan keçirməyə çalışır. Belarusun bu davranışının arxasında 3 mühüm səbəb var. Birincisi, ola bilsin ki, bu, NATO-nun mümkün hücumuna qarşı olan bir hazırlıqdır. İkinci ehtimal belədir ki, Belarus Ukrayna qüvvələrinin başqa ərazilərə yerləşdirilməsinə mane olmaq üçün sərhədə yaxın ərazilərdə hərbi üstünlüyünü artırmağa çalışır. Üçüncüsü, həqiqətən də Belarus Ukraynaya hücuma hazırlaşır. Hələlik ikinci və üçüncü variantlar daha optimal görünür”.

Belarus müxalifətinin lideri Franak Viaçorka Belarus qoşunlarının Ukraynadakı müharibədə iştirak edəcəyinə inanmadığını bildirib: “Əslində, ukraynalıların uğurlarını görən belaruslu hərbi rəhbərlər çətin ki, müharibəyə qoşulmaq haqda nəsə düşünsünlər. Belarusda heç kim Putin üçün döyüşmək istəmir”.

Viaçorka Belarus ordusunun Ukraynada döyüşmək imkanının olmadığını bildirib: “Bizim qoşunlarımız və ya hərbi texnikamız yox səviyyəsindədir. İsitifadəyə yararlı hərbi texnikaların bir çoxu artıq Rusiya Federasiyasına təhvil verilib. Sizcə, döyüşə hazır cəmi 7 min nəfərlik qoşunla nəsə etmək mümkündür?”




Paylaş:


Müəllif : Tarix:
12-10-2022, 19:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər