Azərbaycanın bir sıra dövlət qurumlarının rəhbərləri Qazaxıstana gedib
Azərbaycanın bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir.
Audiovizual Şuranın sədri İsmət Səttarovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 31-də Astana şəhərində bir sıra görüşlər keçirib.
Qazaxıstanın informasiya və ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşdə iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, media subyektlərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, 2022-ci il avqustun 24-də Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd informasiya sahəsində ikitərəfli əlaqələrin formalaşdırılmasının mexanizmləri, mediaməkanda milli maraqların qorunması və təşviq edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi kimi məsələləri özündə ehtiva edir. Vurğulanıb ki, əsas məqsəd media və informasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində səmərəli addımlar atmaq, müvafiq qurumların qarşılıqlı təmaslarında mütəmadiliyi təmin etməkdir.
Nümayəndə heyəti, həmçinin Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin İnformasiya Komitəsinin sədri Eldos Naşirali və Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinin direktoru Əsgər Umarov ilə görüşüb. Tərəflər müvafiq sahələr üzrə qarşılıqlı məlumat mübadiləsi edib, əməkdaşlığı genişləndirmək yolları barədə müzakirə aparıblar.

Paylaş:
Müəllif : Fuad
Tarix:1-04-2023, 09:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT