reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təbrizdə güclü partlayış - Ölü və yaralılar var

reklam

Təbrizdə güclü partlayış - Ölü və yaralılar var

















Bu gün saat 3 radələrində İranın Təbriz şəhərində, Aburihan bölgəsindəki yaşayış binasında güclü partlayış baş verib.

Partlayış hadisəsi 3 yaşayış evinin dağılmasına, 5 nəfərin ölümünə və 4 nəfərin yaralanmasına səbəb olub.

Təbriz Bələdiyyə Yanğından Mühafizə Təşkilatının sözçüsü Əkbər Dəşti bildirib ki, hadisənin səbəbi araşdırılır:

“Partlayış nəticəsində binadakı 3 evə ciddi ziyan dəyib. Hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər yüngül xəsarət alıb. Dağıntılar altında qalan 1 nəfər xilasedicilər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb”.

Ə. Dəşti qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir, ölü və yaralı sayı arta bilər.




Paylaş:


Müəllif : Tarix:
12-03-2023, 10:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər