İqbal Ağazadə ofisində qadağalar qoydu: Mobil telefon, gödəkçə...
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə iş otağına eynək, mobil telefon, gödəkçə ilə daxil olunmasına icazə verməməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
RegionXəbərləricom.az Pravda-ya istinadla xəbər verir ki, o bu qaydanın təkcə jurnalistlərə deyil, hər kəsə aid olduğunu deyib:
“Mobil telefonla daxil olduğunuz yerdə yüz zəng gəlir, yüzünə də cavab verməli olursunuz. Mənimlə jurnalist olaraq söhbətə gəlmisinizsə, müsahibənizi alıb, çıxıb gedəcəksiniz. Mən niyə sizin zənglərinizə qulaq asmalıyam? Yaxud bir başqasına...
Çox normal bir qərardır, burada nə var ki?!”
I.Ağazadə bildirib ki, eynəklə bağlı qadağa yoxdur: “Əsasən üst geyimi və mobil telefon ilə heç kim iş otağıma daxil olmayacaq. Bu, partiyanın qərarıdır. Təkcə jurnalistlərə aid deyil. Heç kim otağa üst geyimdə və mobil telefonla daxil olmur.
İclas gedəndə də belədir. Tutaq ki mən iclas aparıram, hamı mobil telefonla daxil olub. Yüz zəngə yüz nəfər cavab verir, bəs onda iclas necə oldu?! Mənimlə müsahibəyə gəlmisinizsə, niyə telefonla gəlməlisiniz?! Kameranız var, çəkdiniz, yaxşı yol, gedə bilərsiniz. Telefonla çəkənlər var, onlar otağa girib telefonla çəkib, gedirlər. Bilmirəm, bu, niyə belə təəccüblü gəlir ki?! Niyə təəccüblü olmalıdır?
Qəbul otağında xüsusi yer var, içəri girən şəxslər telefonlarını ora qoyub, çıxanda götürürlər. Üst geyimlərini də oradan asırlar. Ümumiyyətlə, niyə kimsə bir sədrin, yaxud başqa birinin otağına qış geyimində, şubada, paltoda, gödəkçədə daxil olmalıdır ki?! Onları təhvil verib, sonra otağa keçmək normal deyil?!
Təəccüb yaratması mənə qəribə gəlir. Çox təəssüf edirəm ki, adamlar ciddi məsələləri qoyub, qeyri-ciddi şeyləri müzakirə edirlər. Hara daxil olursansa, çantanı, üst geyimini, telefonunu təhvil verib, sonra qəbula girirsən. Bu, etik normadır və dünyanın hər yerində belədir - Avropada da, Amerikada da...”
Paylaş:
Müəllif : Fuad
Tarix:9-03-2023, 19:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT