reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sakinlər: “10 aydır, 1 nəfərə görə tikinti gecikir” – VİDEO

reklam

Sakinlər: “10 aydır, 1 nəfərə görə tikinti gecikir” – VİDEO

















Bakıda Qarabağ küçəsində “EAST Residence” adlı şirkət köhnə, qəzalı binaları söküb, yerinə yeni binalar inşa etməyi planlayır. Bu səbəblə həmin ünvanda yaşayan sakinlərlə danışıqlar aparılıb, qarşılıqlı razılıq əsasında bina boşaldılıb. Ancaq, sakinlər redaksiyamıza müraciət edərək, bir nəfərin şirkətlə razılığa gəlmədiyini və uzun müddətdir ərazidə tikinti işlərinə mane olduğunu bildirdilər. Mövzunu araşdırmaq üçün bəhs edilən ünvana getdik. 

Yeniavaz.com-a danışan sakinlər şirkətlə razılaşmayan sakinin Vahidə Seyfəddin qızı Əzizova olduğunu söylədilər. Tikintinin planlaşdırıldığı yerə gələn digər sakinlər isə 1 nəfərə görə, çətinlik çəkdiklərini bildirdilər. Onlardan biri İradə Məmmədovadır:

“Mən burada yaşayanda 33, 35, 37-ci həyətin zirzəmiləri qrunt suları ilə dolu idi. Zülfüqar müəllim mənə göstəriş verdi ki, oranın qrunt sularından təmizlənməsinə mən baxım. Mənim evimə gəlib-gedən Validə xanım var idi. Bir-birimizə bacı deyirdik. Məsləhət gördü ki, buranı özəlləşdirək və plana düşəndə yarı bölək. Zirzəmi mənə məxsus idi. Mən onu şirkətlə razılaşmağa dəvət elədim. Ancaq, o benzin götürüb özünü yandırmaq istədi. Bir yerdə şirkətə getdik. O, layihə istədi. Müşfiq müəllim layihəni gətirməyə gedəndə Validə çantasını götürüb çıxmaq istədi. Sonra Müşfiq müəllimlə qarşılaşdıq. Mən onu çəkdim ki, gəl oturaq layihəyə baxaq. Layihəyə baxdı, 1600 manat da pula aldı, çıxıb getdik. Bir nəfərə görə 7 aydır ki, mən kirayədə yaşayıram. Mənə dedi ki, 50 il də olsa oranı tikməyə qoymayacağam. Mən niyə ona görə çöldə yaşamalıyam? Xəstə insanlarıq, biz də istəyirik ki, vaxtında öz evimizə qayıdaq. Bizim şirkətdən şikayətimiz yoxdur. Bizim şikayətimiz Vahidə xanım və Gülya xanımdandır. Gəlib burada işçiləri söyürlər. Səhərdən axşama qədər biz burada otururuq ki, Vahidə gələndə onların qarşısını alaq”. 

Başqa bir sakin Tahir Məmişov isə tikinti başlayana qədər Vahidə Əzizovanı tanımadığını bildirib:

“Vahidəni mən söküntü başlayanda tanımışam. O iddia edir ki, 475 kvadrat burada obyektim var. Bura obyekt olmayıb axı? Zirzəmi olub, suyun içində idi. 475 yarım hektar edir, indi Bakı şəhərində kimin bu qədər obyekti var? 8 aydır mən çıxıb kirayədə qalıram. Nəyə görə, kirayədə qalmalıyam? Nə qədər qalmalıyam. Bunun bir ölçüsü yoxdurmu? Vahidə burada olmayıb. O söküntü başlayanda burada olub. Deyir ki, 100 minlik malım olub. Suyun içində 100 minlik mal olur?”

Bəhs edilən ünvanda yaşamış sakinlərdən Rəna Məmmədova isə bildirdi ki, evinin zirzəmisini həmişə özü istismar edib:

“Mən 52 ildir burada yaşayıram. O zirzəmi ömür boyu suyun içində olub. 90-cı ildən sonra zibilxanaya döndərmişdilər. Mən özüm oranı təmizləyib banka və sair qoyurdum. Biz istəyirik vaxtında öz evimizə-eşiyimzə qayıdaq. Mənim zirzəmim 33 kvadrat idi. Sovet vaxtı atam özü orada otururdu. Vahidə xanım  gəlib mənim zirzəmimi də özünə sayıb. Texnikanın yanında dayanıb, işləməyə qoymur”. 

Qarabağ küçəsində yaşayan Sahilə Abbasova isə tezliklə öz evlərinə qayıtmaq istədiklərini söyləyib:

“36 ildir burada yaşayıram. Şirkətdən razıyıq, Xahiş edirəm bu tikintini tezləşdirsinlər. Qonşulardan bir, iki nəfər çıxmır deyə 100-dən çox sakin biz kirayələrdə qalmışıq”.

Seymur Həsənov adlı sakin isə onun icazəsi olmadan evinin zirzəmisinin başqası tərəfindən özəlləşdirildiyini iddia edib:

“Evimin altı, zirzəmisi 43 kvadrat mənə aiddir. Tikinti başlayandan sonfra Vahidə xanımı görməyə başlamışıq. Yaxınlaşıb zirzəminin ona aid olduğunu deyir. Bilmirəm nə dərəcədə qanunidir. Qanuna görə, birinci mərtəbədə yaşayan sakinlərin icazəsi olmadan zirzəmi özəlləşdirilə bilməz. Bilmirəm hansı yollarla iddia edir ki, özəlləşdirib. Tikintiyə mane olur. Məsələyə aidiyyəti orqanlar müdaxilə etsinlər”. 

Məsələ ilə bağlı Vahidə Əzizova ilə də əlaqə saxladıq. O Yeniavaz.com-a açıqlamasında bildirdi ki, zirzəminin ona aid olmasına dair əlində çıxarış var. Şirkət isə onun şərtləri ilə razılığa gəlmək istəmir:

"Qeyd etmək istəyirəm ki, ya kvadratına uyğun olaraq, pulumu versinlər ya da obyektimi. Birinci gündən mənə zirzəmi təklif ediblər. Mütəxəssis rəyi almışam. Onların mənə təqdim etdiyi zirzəmi, münasib deyil. Oranı işlətmək mümkün deyil. 24 pilləkən aşağıda yerləşir. Orada nə işlətmək olar? Halbuki mənim zirzəmim 5 pilləkən aşağı düşürdü. Texpasportunu da sizə göndərəcəm. 24 pilləkən aşağıda zirzəmini kim götürər? Mən zirzəmimi istəyirəm. 4 pəncərə və nəfəsliyi olsun. Məndə 5 pilləkən idi, eybi yoxdur, siz 7 pilləkən verin. Yenə məni aldatmağa çalışırlar, təkliflərimin heç birinə razılıq vermirlər. Orada sənədlə mənə aid yer 111,9 kvadratdır. Amma mənim qapıdan içəri, 128,9 kvadrat yerim var idi. Mənə məxsusdur, mülkiyyətimdədir. Oranı da kəsiblər. Bütün bu proseslərlə bağlı aidiyyəti üzrə dövlət orqanlarına şikayət etmişəm”.




Paylaş:


Müəllif : Tarix:
12-04-2022, 16:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər