reklam
Regionxeberlericom.az » Cəmiyyət » RUS ORDUSUNUN BU ŞƏHƏRLƏRƏ HÜCUMU DAYANDIRILDI, KOLONLARI MƏHV EDİLDİ - Rusiya MN ölən hərbçilərin meyitləri ilə bağlı xüsusi təlimat verdi + FOTOLAR

reklam

RUS ORDUSUNUN BU ŞƏHƏRLƏRƏ HÜCUMU DAYANDIRILDI, KOLONLARI MƏHV EDİLDİ - Rusiya MN ölən hərbçilərin meyitləri ilə bağlı xüsusi təlimat verdi + FOTOLAR













Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Kiyev və Xarkov istiqamətində irəliləyişini dayandırıb. Bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Facebook” səhifəsində bildirib.

Reznikov qeyd edib ki, Rusiya qoşunları arasında narazılıq və demoralizasiya güclənir.

“Müəyyən istiqamətlərdə Ukrayna ordusu əks-hücumlara başlayır, düşmən onlarla texnikasını itirir, sadəcə onu atıb qaçır. Beləliklə, avtomobil parkımızı doldururuq”, - Reznikov bildirib.

Qeyd edək ki, Ukraynanın Xarkov şəhəri artıq 10 gündən artıqdır Rusiya ordusunun qurudan və havadan endirdiyi şiddətli zərbələrin hədəfidir. Hər gün şəhərdəki yaşayış binalarına və digər mülki obyektlərə güclü zərbələr endirir, dinc əhali arasında ölən və yaralananların sayı hər gün artır. O cümlədən şəhərə bir neçə hücum cəhdi edilsə də baş tutmayıb.

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov bildirir ki, hazırda şəhərin müdafiəsi çox güclüdür, amma vilayətin İzyum şəhəri kritik nöqtə hesab edilir. Sinequbov Ukrayna televiziyalarında təşkil edilən gündəlik informasiya marafonunda bildirib ki, ötən gün Xarkovda təyyarələrdən və vertolyotlardan bir neçə rayon atəşə tutulub. Habelə ötən gecə şəhərə güclü aviazərbələr endirilib. Şəhərə aparan yollar isə düşmənin vurulmuş hərbi texnikası ilə doludur.

“İzyum Xarkov vilayətinin ən kritik nöqtəsidir. Biz “yaşıl dəhliz” açılmasını gözləyirik ki, oradan adamları çıxaraq və humanitar yardım çatdıraq”, - Sinequbov bildirib.

Onun sözlərinə görə, Xarkov vağzalından hər gün orta hesabla 30 minə yaxın adam şəhəri tərk edir.

“Düşmənin hərəkəti təəccüb yaradır, çünki o faktiki olaraq yerüstü mübarizəni uduzub. Onun həmlə qoşunları qalmayıb ki, Ukrayna hərbçilərinə müqavimət göstərə bilsinlər. Düşmənin iri və ya orta ölçülü kolonlarla şəhərə daxil olmaq, yaxud şəhərdən keçid getmək cəhdləri bununla nəticələnir ki, onları tam məhv edirlər. Lakin buna baxmayaraq ötən gecə də bir neçə belə cəhd olub və onların hamısı məhv edilib”, - vilayət rəhbəri deyib.

Luqansk vilayətinin rəhbəri Sergey Qayday isə bildirib ki, hazırda Lisiçansk, Severodvinsk və Rubejnı qəsəbələri ətrafında döyüşlər gedir. 

“Ukrayna hərbçiləri cəbhə xəttini düzləşdiriblər ki, düşmən yarıb arxaya keçə, onları mühasirəyə ala bilməsin. Svatovo, Starobelsk və Novopskov bizim nəzarətimizdə deyil, orada düşmənin böyük qüvvələri cəmləşib. Sakinlər işğala qarşı dinc aksiyalar keçirirlər”, - vilayət rəhbəri deyib.


Ukrayna ordusu Borodyanka şəhərindəki psixo-nevroloji dispanseri Rusiya qoşunlarından azad edib. Bu barədə Kiyev vilayəti dövlət administrasiyasının sədri Aleksey Kuleba danışıb.

Onun sözlərinə görə, Borodyanka ərazisində Rusiya qoşunları hələ də qalır.

Qeyd edək ki, buna qədər Borodyanka ərazisindəki psixo-nevroloji dispanserin Rusiya qoşunları tərəfindən ələ keçirildiyi və 670 nəfərin əsir götürüldüyü açıqlanmışdı.

Ötən gecə Kiyev ətrafındakı İrpen şəhəri istiqamətində Rusiya ordusunun daha bir kalonu darmadağın edilib. Uzunluğu az qala 2 kilometrə çatan kalona Ukrayna ordusunun havadan zərbə endirdiyi bildirilir. Ukayna Ali Radasının deputatı Viktoriya Syumar bu haqda bildirib, məlumatın yoxlanıldığını və dəqiq olduğunu deyib.

“İrpendən Stoyankaya gedən Rusiya hərbi texnika kalonu Ukrayna Silahlı Qüvvələri tərəfindən havadan darmadağın edilib. Kalondakıların hamısı məhv edilib, onlardan cəmi biri sağ ələ keçirilib”, - deputat Facebook-da yazıb.

Qeyd edək ki, Rusiyanın başlatdığı genişmiqyaslı hərbi müdaxilənin 11-ci günündə Ukraynada humanitar fəlakət yaşanır. Mühasirəyə alınmış Mariupol şəhərində dinc sakinlər arasında ölənlərin və yaralananların sayı-hesabı yoxdur.Minlərlə sakinin yaralı olduğu və tibbi yardım almaq imkanı olmadığı bildirilir. Ötən gün şəhərdən əhalinin təxliyəsi üçün humanitar dəhlizin açılması barədə razılıq olsa da bu baş tutmayıb.

Günlərdir aviazərbələrin və artilleriya zərbələrinin hədəfi olan Xarkovda da humanitar böhran yaşanmaqdadır. Ötən gecə Rusiya aviasiyası şəhərdə çoxmərtəbəli yaşayış binasına bomba zərbəsi endirib, nəticədə binada yanğın başlayıb. Ölənlər barədə məlumat yoxdur.

Rusiya ordusunun itkiləri də hər gün artmaqdadır. Ukraynanın Müdafiə Nazirliyi fevralın 24-dən martın 6-dək olan müddət ərzində Rusiyanın itkiləri barədə məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu müddətdə hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı qüvvələrinin 11 mindən çox hərbçisi ölüb.


Məlumata görə, Rusiya ordusu 285 tank, 985 Piyadaların Döyüş Maşını, 109 artilleriya qurğusu, 50 reaktiv atəş sistemi, 44 hərbi təyyarə, 44 hərbi helikopter, 447 hərbi avtomobil, 2 sürət kateri, 60 yanacaq çəni olan avtomobil, 4 əməliyyat-taktik səviyyəli pilotsuz uçuş aparatı itirib.

Bu arada Ukrayna hərbi əsirlər üçün tam hüquqlu düşərgələr yaradacaq, çünki “onların sayı yüzlərlədir”.

Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç rusiyalı müxalif siyasətçi Mark Feyqinə müsahibəsində deyib.

İtkilərin bu cür kəskin artması Rusiya Müdafiə Nazirliyini ölən hərbçilərin meyitləri ilə bağlı xüsusi təlimat verməyə məcbur edib. Ukrayna Silahlı Qüvvələrinin Şimal əməliyyat komandanlığı Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko tərəfindən imzalanmış xidməti təlimatı əldə edib və yayıb. 

Orada deyilir ki, martın 1-dən etibarən Ukraynada əməliyyatlara cəlb olunmuş hərbçilərdən şəxsiyyətlərini təsdiq edən bütün sənədlər alınmalıdır. Habelə Ukraynadan meyitlərin təxliyəsinə dair tədbirlər görmək əmr edilir. 

Təlimatda bildirilir ki, meyitlərin daimi dislokasiya yerlərinə gizli daşınması təmin edilməlidir və onların qardaş məzarlıqlarında dəfni xüsusi nömrələr verilməklə həyata keçirilməlidir. Əgər meyitlərin təxliyəsi mümkün deyilsə onları yerində məhv etmək əmr olunur.

Bu əmrin həqiqliyini təsdiq edən həm də odur ki, Ukrayna ordusu tərəfindən martın 4-də Kiyev ətrafındakı Hostomel şəhərindəki döyüşlərdə öldürülən çoxsaylı Rusiya hərbçilərinin üzərində heç bir sənəd və jeton olmayıb. Onların bəzilərinin üzərindən ancaq vaksinasiyaya dair sertifikat və doldurulmamış tibbi kitabçalar tapılıb.

***

Martın 6-da, yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) Ukrayna paytaxtının bir neçə rayonunda partlayış səsləri eşidilib.

“Report”un UNİAN-a istinadən xəbərinə görə, bu barədə hazırda Kiyevdə olan şahidlər məlumat veriblər.

Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqları çağırılıb.

Ukrayna ordusunun Baş Qərargahından verilən məlumata görə, Rusiya ordusu aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər. Bundan əlavə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.



 



Paylaş:


Müəllif : Tarix:
6-03-2022, 15:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər