“Quska”nı təcridxanada Adil Qeybulla müayinə edəcək

“Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əvvəlcə Abdullayevin vəkili Cavad Cavadov vəsatət qaldırıb. Vəkil məhkəmənin diqqətinə çatdırıb ki, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi müvəkkilinin səhhəti ilə bağlı qərar qəbul edib. Qərarda onun müayinə-müalicəsinin vacibliyi qeyd olunub. Vəkil tanınmış cərrah Adil Qeybullanın Hüseyn Abdullayevi təcridxanada müayinə etməsinə icazə verilməsini xahiş edib.
Sədrlik edən hakim Azər Tağıyev vəsatəti təmin edib. Hakim qeyd edib ki, A.Qeybullanın təqsirləndirilən şəxsi müayinə etməsinə şərait yaradılacaq.
Fotoda: Adil Qeybulla

Bundan sonra prokuror ittiham aktını elan elan edib. İttihamda deyilir ki, Hüseyn Abdullayev bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürüb. O, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırıb.
Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hakim Abdullayevin nəzərinə çatdırıb ki, təqsirli bilinərsə, 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.
“Quska” ittihama münasibətdə özünü təqsirli bilməyib.
Prosesin davamında şahid qismində tanınmış İlqar Mustafayev dindirilib. Mustafayev 30 ildir “Quska”nı tanıyır. Dediyinə görə, uzun illər Hüseyn Abdullayevin ailə üzvlərinin mülkiyyətlərini və təsərrüfat işlərini idarə edib. Bütün işləri isə təqsirləndirilən şəxsin anası və atası ilə həll edib: “Həm Abbas Abdullayev, həm Zeynəb Abdullayeva mənə etibarnamə vermişdi. Onların adından hərəkət edirdim. Hüseyn Abdullayevin Neftçilər prospektində mağazası var idi. Əsas işim orada idi. Mağazanın administratoru idim. Amma Hüseynə xaricdən pullar gəlib-gəlmədiyindən xəbərim olmayıb. Belə şey eşitməmişəm”.
Vəkil Ceyhun Yusifov çirkli pullar ittihamı ilə bağlı şahidə nəyin məlum olduğunu soruşub. Şahid bu məsələ ilə bağlı ona heç bir şeyin məlum olmadığını deyib.
İclas oktyabrın 3-ü eyni şahidin dindirilməsi ilə davam edəcək.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-09-2024, 15:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT