Hamı bu maşınları alır - Qiyməti sərfəli, ehtiyat hissələri ucuzdur
Azərbaycan Beynəlxalq Bankının araşdırmasına görə, ötən il ərzində ən populiyar avtomobil brendi Rusiyanın “Lada” markası olub. Bankın tərtib etdiyi siyahıya əsasən, ikinci pillədə Almaniyanın dünyaca məşhur “Mercedes” brendi qərarlaşıb.
Maraq üçün qeyd edək ki, "Hyundai" avtomobilləri populyarlığına görə 3-cü yeri tutub, "Toyota" markası isə 4-cü sırada yer alıb. “Lada” artıq illərdir ki, analoji siyahılara başçılıq etməkdədir.
Yenisabah.az yerli alıcıların niyə məhz bu avtomobillərə maraq göstərməsini araşdırıb.Öncə onu qeyd edək ki, “Lada” bir çox texniki və komfort parametrlərinə görə, dünya brendlərindən xeyli dərəcədə geri qalır. Məhz bu səbəbdəndir ki, VAZ-ın satış arealı keçmiş post-sovet məkanından kənara çıxa bilmir. Hətta Litva, Latviya və Estonya kimi ölkələrdə də öz bazar liderliyini çoxdan itirib. vakansiya
Azərbaycanda isə “Lada”nın modellərinə tələbat hələ də yüksəkdir. Bunun isə bir sıra özünəməxsus səbəbləri var. İlk öncə bu avtomobillər insanlar arasında “dədə-baba” maşınları kimi, artıq “doğmalaşıb”. Bu markanın “VAZ-2107”, “VAZ-2106”, “Niva” kimi modelləri gənclər arasında olduqca populiyardır. Belə desək, “Lada”nın reklamını elə məhz alıcıların özü yaradır.
Digər tərəfdən, bu maşınların ehtiyat hissələrini əldə etmək, ustalarını tapmaq olduqca asandır. Azərbaycanda bu nəqliyyat vasitələrinin sovet dövründə gedib çıxan oturuşmuş ənənəsi var. “Lada” maşınlarının yanacaq sərfiyyatı da olduqca münasibdir. Xüsusən, region yollarında və qeyri-asfalt şəraitində bu avtomobillər yüksək performansa malik olur.
Lakin “Lada”nın mənfiləri də çoxdur. Hər şeydən qabaq, bu maşınlar qəzalar zamanı olduqca dözümsüzdür. Xüsusən əyləc sisteminin zəif olması və hava yastığı kimi təhlükəsizlik avadanlıqlarının olmaması bu avtomobilləri insan həyatı üçün ciddi təhlükəyə çevirir. Digər mənfi nüans isə komfortla bağlıdır. “Qranta”, “Priora” və “Kalina” kimi son modellərində belə müasir standartlarında komfort demək olar ki, təmin edilməyib. Ümumiyyətlə, Rusiyanın avtomobil istehsalında aradan qaldıra bilmədiyi ən böyük problem də məhz budur.
Satış saytlarına, maşın bazarına nəzər salsaq, hələ uzun illər “Lada”nın Azərbaycan avtoparkında liderliyini qoruyacağını demək olar. Elektromobillərdən istifadəyə təşviq, hibrid maşınların instensiv idxalı belə bu tendensiyanı qırmağa hələki qadir deyil.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-09-2024, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT