reklam
Regionxeberlericom.az » Cəmiyyət » Eldəniz Lahıcovda biznesini Türkiyəyə köçürür...

reklam

Eldəniz Lahıcovda biznesini Türkiyəyə köçürür...

















Qeyri-rəsmi şəbəkələr vasitəsilə Çin və ərəb ölkələrindən Azərbaycana gətirilən “Toyota” avtomobillərini əldə edənlər maraqlı suallarla çıxış edirlər və soruşurlar ki, bu maşınlar arasında nə kimi fərq var? Hətta həmin şəbəkələrin öz adlarından “zəmanət” təqdim etməsi də sual doğurur. Ancaq sonradan belə maşın sahibləri həmin “zəmanət”dən faydalana bilmirlər.

Bu və digər məsələlərlə bağlı araşdırma aparan nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı “Toyota”nın Avropa və Çin üçün istehsal olunan “Corolla” modelləri arasında fərqi izah edib. O bildirib ki, ölkəyə Çindən, Dubaydan və bir sıra fərqli ölkələrdən idxal olunan avtomobillərdə “Toyota”nın bütün keyfiyyət standartlarına uyğun olaraq istehsal olunmuş avtomobillərdir. Ancaq vacib məqam odur ki, bu avtomobillər həmin region üçün nəzərdə tutulub və avtomobillərin komponentləri həmin ölkənin və yaxud regionun iqlim şəraitinə, yanacaq keyfiyyətinə, yol infrastrukturuna uyğun olaraq istehsal olunub.

Azərbaycanda rəsmi “Toyota” diler mərkəzləri tərəfindən təqdim olunan avtomobillər isə “Toyota” tərəfindən Avropa regionu üçün nəzərdə tutulub və xüsusilə də Azərbaycanın iqlim şəraiti, yanacaq keyfiyyəti, yol infrastrukturu nəzərə alınaraq istehsal olunmuş avtomobillərdir. “Toyota” ölkənin bütün bu xüsusiyyətlərini nəzərə alaraq avtomobildə hansı mühərrikdən hansı asqı sistemindən və bir sıra digər komponentlərin istifadəsinə qərar verir. “Ona görə də, Çindən və Ərəb ölkələrindən idxal olunan və bu yeni avtomobilləri qeyri-rəsmi şəbəkələrdən əldə edən şəxslər sonradan hər hansısa bir zəmanət məsələsi ilə üzləşdikdə çox təəssüf ki zəmanət çərçivəsində köməksiz qalırlar. Çünki bu avtomobillər “Toyota” tərəfindən başqa region üçün nəzərdə tutulub və başqa xüsusiyyətlərə və komplektasiyalara malikdir”.

“Toyota” Qafqaz şirkətinin Azərbaycandakı üzrə nümayəndəsi Sabir Kazımzadə qeyri-rəsmi şəbəkələrin təqdim etdiyi “zəmanət”ə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanda yalnız rəsmi “Toyota” mərkəzləri “Toyota” avtomobillərinə zəmanət təqdim etmə haqqına sahibdirlər:

“İstehsalçı tərəfindən milyonlarla ehtiyat hissələri zəmanətlə əhatə olunur. Hətta zəmanətlə əhatə olunan ehtiyat hissələrin bəzən birinin dəyəri 30-35 000 ABŞ dollarına çatır. Ancaq qeyri-rəsmi şəbəkələr tamamilə öz risklərinə və öz adlarından bu “zəmanəti” alıcılara təqdim edirlər. İstehsalçının bu zəmanətlə heç bir əlaqəsi yoxdur. Bu riskləri hər zaman nəzərə almaq lazımdır. Çünki təqdim edilən zəmanət müddətində hər hansı bir detal sıradan çıxdığı zaman həmin qeyri-rəsmi şəbəkələr bu dərəcədə bahalı hissələri həqiqətən qarşılaya biləcəklərmi? Həmçinin bu şəbəkələr öz fəaliyyətinə dayandırdıqda bu halda müştərilər kimə müraciət edəcəklər? Göründüyü kimi bır sıra cavabsız suallar yaranır. Alıcılar çox diqqətli olmalıdırlar”.

O ki qaldı “Toyota”nın iki fərqli region üçün istehsal olunan modelləri arasındakı fərqə, bunu təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanda rəsmi diler mərkəzlərindən əldə olunan yeni “Toyota” avtomobillərinə mütəmadi olaraq dövri texniki xidmət rəsmi diler mərkəzlərində yerinə yetirildiyi halda zəmanət müddəti 10 ilə və ya 160 000 km-ə qədər təqdim olunur.

“Toyota”nın Azərbaycanda rəsmi diler mərkəzləri “Toyota” Bakı Mərkəzi, “Toyota” Abşeron Mərkəzi, “Toyota” Gəncə Mərkəzidir. Bu mərkəzlərdə “Toyota” tərəfindən sertifikatlaşdırılmış satış və servis heyəti ən yüksək standartlara uyğun xidmət göstərir.




Paylaş:


Müəllif : Tarix:
29-12-2023, 14:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər