Gürcüstanda saxlanılan bütün etirazçılar azadlığa buraxıldı - Yenilənib
Gürcüstanda etiraz aksiyalarında saxlanılanların hamısı sərbəst buraxılıb.
Bu barədə bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bəzi aksiya iştirakçılarının məhkəmə qarşısına çıxarıldığı vurğulanıb.
***20:23

Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası başlayıb.
Paytaxtın Rustaveli prospektində təşkil edilmiş aksiyada müxtəlif QHT-lərin üzvləri, ictimai fəallar, siyasətçilər və sıravi vətəndaşlar iştirak edir.
***10:47
Etirazlar fonunda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.
Bu barədə hakim partiyanın, parlament çoxluğunun, eləcə də qanun layihəsinin təşəbbüskarı olan “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilib.
Qeyd edək ki, iki gün ərzində Gürcüstanın paytaxtını etiraz aksiyaları bürüyüb, aksiya iştirakçıları birinci oxunuşda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxıblar.
Hakim partiya və qanun layihəsinin təşəbbüskarı olan “Xalqın Gücü” layihənin yeganə məqsədinin media və QHT-lərin maliyyələşdirilməsində şəffaflığı təmin etmək olduğunu israrla bildiriblər. Layihənin əleyhdarları isə yekdilliklə bəyan ediblər ki, qanun layihələrinin qəbulu qərbyönlü kursdan birbaşa yayınmadır və bir məqsədə xidmət edir - Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusu almasına mane olmaq, bu, Gürcüstan Konstitusiyasının pozulmasıdır.
Gürcüstanın Daxili İşlər Nazirliyi martın 7-8-də Tbilisinin mərkəzində keçirilən etiraz aksiyaları zamanı 133 nəfərin saxlanıldığını açıqlayıb. Həmçinin bildirilib ki, son sutka ərzində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama maddələri ilə 66 nəfər inzibati qaydada həbs edilib. Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 10-a yaxın əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-03-2023, 22:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…