Bakıda rus ordusunun Qarabağdan çıxarılması tələbilə aksiya keçiriləcək
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası oktyabrın 7-i saat 14:00-da də Rusiya Federasiyasının səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.
Bu barədə ADR-nin sədri Qubad İbadoğlu sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Bakı şəhər icra hakimiyyətinə (BŞİH) Rusiya səfirliyinin qarşısında oktyabrın 7-də, saat 14:00-da etiraz aksiyası təşkil etməsinə dair məlumat məktubuna gözlənilən standart cavab gəldi. BŞİH yenə də xalqa konstitusiya ilə verilmiş hüququ mənimsəyib, qanuna zidd rəy bildirib. Halbuki, ADR Partiyası onların rəyini soruşmayıb, BŞİH-ə sadəcə aksiya barədə məlumat verib. Bu məktubda əvvəlkindən fərqli olaraq hər gün dəfələrlə eşitdiyimiz sözlər də əlavə olunub. Amma bütün bunlar heç nəyi dəyişmir, aksiya qüvvəsindədir. Oktyabrın 7-də saat 14:00-da Rusiya Federasiyasının səfirliyi qarşısında işğalçı rus ordusunun Qarabağdan çıxarılmasını tələb edəcəyik. Siz də dəstək olun ki, səsimiz daha güclü çıxsın”, - paylaşımda bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-10-2022, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil etməkdə şübhəli bilinən qadın saxlanılıb

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat”ın payçıları mənzilsiz qalıblar – ŞİKAYƏT