reklam
Regionxeberlericom.az » Sosial » Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - Bir dastanlıq şikayət...

reklam

Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - Bir dastanlıq şikayət...


Bakı şəhər sakinləri Musayeva Natəvan Əhəd qızı və Musayev İsa Vahid oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:

Çox hörmətli prezident!

Yazaraq nəzərinizə çatdırırıq ki, ümumi-birgə nikah dövründə həyat yoldaşım Musayev Vahid İsa oğlu vaxtilə Naxçıvan MR-da ucaldılan, müasir Azərbaycan Respublikasının qurucusu və yaradıcısı, ümummilli lider Heydər Əlirza oğlu Əliyevin tikilən və ucaldılan əzəmətli abidələrinin memarlarından biri olmuşdur. Onun adına Azərbaycan Respublikası Memarlar İttifaqının Müəssisə daxili təsis etdiyi (1997-ci ildə) “Memar-3” MTK-da 1998, 2003-cü illər dövründə pay hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, bina 127-də 37 saylı 3 otaq1ı mənzili şəxsi vəsaitimiz hesabına tikdirmişik və sonra həmin mənzili vəsaitimiz hesabına təmir etdirdik. Həyat yoldaşımın qəflətən, yəni 17 aprel 2007-ci ildə vəfat etməsindən sui-istifadə edən “Memar-3” MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı başına topladığı bir qrup mütəşəkkil dəstə ilə bizə mənsub əmlakın ələ keçirilməsi üçün düşünülmüş məqsədli işlər aparmağa başladı və hətta məhkəmələrdə iddia qaldıraraq, qarşıya qoyduğu məqəsdinə çatdı.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/heyder_liyevin_abidesini_ucaldan_memarin_evi_l_keirilib_-_xvi_hiss}

Hazırda Kassasiya şikayəti olunan Bakı Apellyasiya Məhkəməsi MK-nın iş 2(103-5519/2018 saylı, 10 iyul 2018-ci il tarixli Qətnamədə protokol, çıxarış və Qərarın etibarsızlığına dair tələbinin təmin edilməməsi hissəsindən imtina hərəkətlərin icra olunması qənaətinə gəlinərkən ilkin iddiaçı tərəfindən əldə etdiyi sənədlərin özü-özlüyündə etibarsızlığı elementi mövcud olduğu halda məhkəmənin qətnamədə nəzəriyə və öz uydurma mülahizəsinə istinadla bizə münasibətdə qarşılıqlı iddia tələblərinin həmin hissədə rəddi yolu ilə hüquqi qadağa tətbiq etməsi maddi və prosessual qanunvericilik tələblərinə, Konstitusiya Məhkəməsi Plenumunun qərar və şərhlərinə, konstitusiya prinsiplərinə və məhkəmə nüfuzuna xələl gətirir, ona olan inam və etimadı insan və cəmiyyət arasında sarsıtmağa gətirib çıxarır. Hüquqtətbiqetmədə mümkünsüz hərəkətə əsassız haqq qazandırılması nə dərəcədə ədalətli görünüş təsiri bağışlaya bilər bu anlaşılan deyil.

Kassasiya şikayəti olunan Bakı Apellysiya Məhkəməsi Mülki Kollegiyasının iş №2(103)-5519/2018 saylı, 10 iyul 2018-ci il tarixli Qətnaməsi şikayət olunan hissədə maddi və prosessual qanun tələblərinə zidd olub qətnamədə istinad edilən prosessual və maddi qanun normalarının özünün təfsiri işin, nəticə halına uyğun olmadığından və baş vermədiyindən mülahizə xarakterli daşıyıcı elementi kimi özünü göstərir və anlaşılmayan məna əhəmiyyəti qınağına çevrilir.

Bu zaman artıq Bakı Apellyasiya məhkəməsi mülki kollegiyası hakimlərinə məlum idi ki, “Memar-3” MKT-da 127 nömrəli, 37 saylı mənzilə dair tərəflər arasında eyni hüquqi əsaslı mübahisələrə dair külli sayda qətnamə, qərardad və qərarları çıxarılmışdır. Konstitusiya və Ali Məhkəmə plenumlarının qərarları qəbul olunmuşdur. (Konstitusiya Məhkəməsi plenumunun Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərhinə dair 23 fevral 2016-cı il tarixli qərarı ilə)

Analoji işlərə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2011-ci il tarixli qərarları qəbul edilmişdir.

Hesab edirik ki, hazırda Kassasiya şikayəti olunan Bakı Apellyasiya Məhkəməsinin iş №2(103)-5519/2018 saylı, 10 iyul 2018-ci il tarixli qətnamə protokol, çıxarış və Qrarın etibarsızlığının təmin olunmaması hissəsində hüquqilik və qanunvericilik tələblərinə zidd olaraq onun pozulması təsiri altında çıxarılmış bir sənəddir.

Belə vəziyyətdə Bakı Apellyasiya məhkəməsi mülki kollegiyası 4-cü Apellyasiya şikayət baxış iclası üzrə hazırda “Memar-3”MTK üzvlərinin ümumi iclasının 06 saylı, 09 iyul 2009-cu il tarixli protokol, çıxarış və Qərarının etibarsız hesab edilməsi tələbindən imtina olunması hissəsindən kassasiya şikayəti olunan 10 iyul 2018-ci il tarixli Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (9.1,9.3,14.1,88. 217.1,217.2 və 218.3-cü maddələri) müvafıq olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata kecirilməsi prinsipinə zidd olaraq icra etmişdir. Belə ki, Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. 0, öz qərarını yalnız tərəflərin çəkışmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual Hüquq normalarına uyğun çıxarılmalıdır. Hakim işdə iştirak edər şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər, norma və tələbləri nəzərə almadan və prinsiplərin şikayət olunan hissədə subyektinnəticəyə gəlmək yolu ilə Qətnamə qəbul edilmişdir ki, onunla da razılaşmaq olmaz.

«Memar-3» MTK-nin sədri Rəhimova Aidə Məmmədsadiq qızı qanunsuz fəaliyyət və sənədlərin saxtalaşdırılması (“Memar-3” MTK-nin ümumi iclası keçirilmədən formal görüntü yaratmaqla saxta tərtib etdiyi 4 ədəd (sonuncu baxışda yenisi də daxil olunmuşdur) məhkəmə işinə təqdim etdiyi etibarsız protokol-çıxarış və qərarlarla özəlləşdirmə aparmaqla onun əsasında Bakı şəhəri 12 saylı Notariat Kontorunda etibarsız alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi əqdini icra etdirmələri” işini davam etdirməklə yanaşı pay hüquqi mövcud olan Musayev Vahid İsa oğlunun 3 otaqlı, 37 saylı mənzili üzərində vərəsələrinin hüquqlarını kobud şəkildə pozmaqla, Konstitusiya və AIi məhkəmə plenumunun qərarları ilə qüvvədən düşmüş və yenidən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılaraq ləğv edilmiş məhkəmə qərarlarını məcburi hüquqi nəticələrinə özbaşınalıqla icra etməmək bəhanəsi ilə kooperativin ümumi yığıncağını keçirmədən hüquqi əsası olmayan saxta protokol, çıxarış və qərarlar tərtib etməklə bizə məxsus “Memar-3” MTK-də 127 nömrəli bina, 37 saylı kooperativ mənzili səlahiyyət həddini aşmaqla, qulluq mövqeyindən sui-istifadə və dələduzluq yolu ilə Məmmədov Tofiq Yaqub oğluna formal görünüş yaratmaqla satılması hərəkətlərini sənədləri saxtalaşdırmaqla olan icra işdir ki bu da, əslində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş və cinayət məsuliyyəti yaradan əməli törətməklə qeyd edilən hərəkətlərə yol verməsini açıq-aşkar təsdiqləyir.

Yuxarıda qeyd etdiyimiz kimi, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumlarının qərarlarından sonra Bakı Apellyasiya məhkəməsi Mülki kollegiyasının iş № 2 (103)-752/12 saylı, 2 fevral 2012-ci il tarixli qətnaməsi ilə «Memar-3» MTK-nın sədri Rəhimova Aidə Məmmədsadiq qızının qanunsuz və əsassız ıddia tələbləri rədd olunmuşdur. Lakin eyni predmet barədə belə bir sənədlərin qəbulundan sonra o yenə də özbaşınalıq hərəkətlərini davam etdirərək “Memar-3” MTK-də pay hüququ ilə bizə məxsus “Memar-3” MTK-də 127 nömrəli bina, 37 saylı mənzili 12 saylı Bakı şəhəri Dövlət Notariat Kontorunda Məmmədov Elxan Məmməd oğluna 100.000 (yüz min) AZN manatına formal satışına görüntü yaratmaq məqsədi ilə etibarsız üsul və vasitə tərtib etdiyi sənədlərə istinadla etibarsız alqı-satqı müqaviləsinə dair əqdlər təsdiqlətmişdir.

Bu zaman mübahisə predmetinin prosessual norma üzrə nəzərdə tutulduğu baxılma müddəti bitməmişdir və iş Bakı Apellyasiya Məhkəməsi MK-da baxışı davam edilirdi.

Xatırlatmaq istəyirik ki, mülki işin 2013-cü ildən əvvəlki kooperativ mənzil barədə eyni əsas üzrə yenidən baxışında məhkəmə kollegiyası səhvə yol vermiş və ərizəmiz əsasında «əlavə qətnamə» qəbul etmişdir. Bundan sonra yenə hüquqlarımızı pozan hallara yol verdiyindən həmin qətnamədən Ali məhkəmə Mülki kollegiyasına kassasiya şikayəti təqdim etsək də, AIi Məhkəmə Mülki Kollegiyası onu təmin etməməklə özbaşmalıqla məşğul olan “Memar-3” MTK-nin sədri Aidə Rəhimovanı dolayı yolla müdafiə etmişdir.

Yeni Apelllyasiya baxışı zamanı iddianın təmini tədbirinə dair “ərizə-vəsatət” versəkdə Məhkəmə kollegiyası, onu rədd etmiş, “Memar-3” MTK-də, 127 nömrəli bina 37 saylı mənzil təkrar olaraq yenidən satılmışdır.

Məlum olmuşdur ki, sənədlərin saxtalaşdırılması və etibarsızlığı işini icra edən «Memar-3» MTK-nın sədri Aidə Rəhimova kooperativin nizamnaməsi və hüquqi sənədləri qanunun tələblərinə uyğun qüvvədə olmadığı bir vəziyyətdə qanunsüz fəaliyyət və sahibkarlıqla məşğuliyyət işini davam etdirmiş, “Memar-3” MTK-də, 127 nömrəli, 3 otaqlı, 37 saylı kooperativ mənzilin üzərində biz vərəsələrin hüquqlarını kobud şəkildə pozmaqla, Konstitusiya və Ali məhkəmə plenumunun qərarlarının göstərişlərinə və məcburi qüvvəyə malik olmasma saymamazlıq göstərməklə, mübahisə edilən kooperativ mənzilə dair əvvəlki tarixlərə kooperativin ümumi yığıncağını keçirmədən etibarsız saxta protokol, çıxarış və qərarlar tərtib etməklə, bizim pay hüquqlu əmlakımızı Məmmədov- Tofiq Yaqub oğluna guya satması hərəkətini icra etmişdir. (formal olaraq)

Halbuki, ləğv edilərək qüvvədən düşmüş mülki işə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin iş №2 (004)-1037/08 saylı,23 sentyabr 2008-ci il tarixli qətnaməsindən verilmiş icra vərəqi Yasamal rayon məhkəmə icra şöbəsində bu günədək məhkəmə icra məmuru tərəfindən icra olunmamışdır.

«Memar-3» MTK-nın sədri özbaşmalıq, sənədlərin saxtalaşdırılması, etibarsız hərəkətlər törədərək və səlahiyyət həddini aşmaqla, Konstitusiya və Ali Məhkəmə Plenumlarının qərarlarına zidd olaraq və qanunsuz yollara əl atmaqla pay hüququ ilə “Memar-3” MKT-də tikdirdiyimiz 127 nömrəli 3 otaqlı, 37 saylı mənzilimizi formal görüntü yaratmaqla iclas keçirmədən “Memar-3” MTK nin üzvlərinin 9 iyul 2009-cu il tarixli ümumi iclasını 06 saylı 4-ədəd etibarsız protokol, çıxarış və qərara imzalamaqla 22.02.2012-ci ildə Azərbaycan Respublikası ƏMDK DƏDRX hüquqlarının 0353181 mömrəli çıxarış alınmış və 31 yanvar 2013-cü il tarixdə 12 saylı Bakı şəhəri Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə formal görünüş yaradan “Əqd”i rəsmiləşdirməklə Məmmədov Tofiq Yaqub oğlunun adından Məmmədov Elxan Məmməd oğlunun adına dəyişdirilərək ona dair 02.02.2013-cü il tarixdə əmlak idarəsindən seriya RX0114310 nömrəli çıxarış əldə olunmuşdur.


Paylaş:


Müəllif : Tarix:
26-08-2019, 16:36
Sikayət   


loading...
Загрузка...