Avropa Birliyinin vitse-prezidentindən sensasion Qarabağ bəyanatı - Avropanı kənarda kim qoyub?
Avropa Birliyinin vitse-prezidenti Jozef Borel bildirib ki, Qarabağ probleminin həllində Türkiyə və Rusiya Avropanı kənarda qoyub. O deyib ki, bu iki dövlət Avropanı Suriya və Liviya probleminin həllində də kənarda saxlayıb.
Politoloq Qabil Hüseynli isə “Yeni Müsavat”a şərhində qeyd etdi ki, Avropa Birliyinin prezidentinin bu açıqlaması xüsusilə Türkiyənin regional siyasətdə rolunun, təsir gücünün artmasından keçirdikləri narahatlığın təzahürüdür: “Avropa Birliyi unutmamalıdır ki, 30 ilə yaxın müddətdə o da üzvü olan ölkələrin vasitəsilə əslində Qarabağ konfliktinin həlli üçün vasitəçilik missiyasına daxil idi. Xüsusilə də Avropa Birliyinin aparıcı ölkəsi olan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrü Avropa Birliyinin də konfliktin həlli məsələsində iştirakı sayılırdı. Lakin gəlin görək Fransanın Minsk Qrupunda həmsədrliyi Qarabağ məsələsinin həllində bir santimetr də olsun irəliləyişə gətirib çıxardı? Birmənalı şəkildə deyə bilərik ki, yox. Əksinə, Fransa həmişə işğalçının tərəfini tutub. Son vaxtlar isə öz iç üzünü daha da açdı-qondarma separatçı rejimin ”müstəqilliyini tanımaq" barədə Fransa Senatı qətnamə qəbul etdi. O cümlədən Avropa Birliyinin üzvü Hollandiya parlamenti bu cür mənfur sənəd qəbul etdi və faktiki olaraq separatizmə dəstək nümayiş etdirdi. Bütün bunlardan sonra Avropa Birliyi hansı haqla və üzlə Qarabağ məsələsinə müdaxilə etmək niyyətinə düşür?! Hansı haqla Türkiyənin Qarabağ məsələsinin həllində iştirakından narahat olur?! Avropa Birliyi 30 ilə yaxın müddətdə bu problemin həlli üçün ciddi bir iş görmədiyi halda indi prosesə qatılmaq istəyir".
Politoloq bildirdi ki, əslində Avropa Birliyi Qarabağ münaqişəsi dövründə bu konfliktin həlli üçün ciddi adımlar atmaması, ona üzv olan Fransa kimi ölkələrin yanlış mövqeləri üzündən özü-özünü kənarda qoyub: “Özlərini kənarda qoyublar. İndi narahatdırlar və ”biz də varıq" deyirlər. Azərbaycan cəmiyyətində isə artıq Fransa və Hollandiyanın timsalında onlara inam, etimad qalmayıb. Yaxşı olar ki, Avropa Birliyi öncə Fransa və Hollandiyanın atdığı addımlara ədalətli mövqeyini ortaya qoysun. Avropa Birliyində Fransa dominant ölkələrdəndir. Görünür, Türkiyənin və Rusiyanın Qarabağ məsələsində önə çıxıb ortaya konkret iş qoya bilmələri Fransanı çox narahat edir. Onlarda əminlik yaranıb ki, artıq münaqişə həllini tapdığı üçün bölgəyə müdaxilə etmək imkanları daralır. Bölgədə Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatının ciddi şəkildə ortaya çıxmasından Fransa başda olmaqla, Avropa Birliyinin bir çox ölkələri narahatdırlar. Avropa Birliyinin vitse-prezidentinin açıqlaması da bundan qaynaqlanır. Özləri ciddi bir iş görməyiblər indiyə qədər, real iş görəni isə gözləri götürmür. Qarabağda normallaşma prosesinə Fransa, həm də Avropa Birliyinin cılız maraqları da mane olub".
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2020, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2020, 11:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO