Azərbaycan Rusiyadan beşinci nəsil Su-57 qırıcıları almaq istəyir
Azərbaycan Rusiyadan beşinci nəsil Su-57 qırıcılarını almağa maraq göstərir.Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın müdafiə sənayesi şirkətlərindən birinin iki top-meneceri “Vedemosti”yə bildirib.
Mənbələr deyiblər ki, Su-57 qırıcılarının Azərbaycana satılmasına dair danışıqlar prosesinə yüksək siyasi səviyyədə yaşıl işıq yandırılıb. Bildirilir ki, oktyabrın 3-də Soçidə prezidentlər Vladimir Putin və İlham Əliyev arasında baş tutmuş danışıqlarda iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu məlumatı Kreml administrasiyasına yaxın mənbə də təsdiq edib.
“Vedemosti” qeyd edir ki, həmin vaxt “Valday” forumunda çıxış edən prezident Əliyev təfərrüatlara varmadan hərbi-texniki əməkdaşlığın genişləndiriləcəyini deyib. Dekabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunu olaraq “Kommersant”a müsahibəsində deyib ki, Rusiya ilə silahlara dair yeni sövdələşmələr mümkündür.

“Rosoboroneksport”un nümayəndəsi Azərbaycanla Su-57 qırıcılarına dair danışıqların aparılması xəbərini şərh etməkdən çəkinib.
“Vedemosti” qeyd edir ki, son onillikdə Azərbaycan Rusiyadan təxminən 5 milyard dollarlıq silah müqaviləsi bağlayıb. Prezident Əliyevin Soçidə bildirdiyinə görə, indiyədək 3 milyard dollarlıq silah artıq çatdırılıb.
“Bu silah sövdələşmələrinin aviasiya hissəsi ancaq Mi-17 və Mi-35 vertolyotları ilə məhdudlaşıb, hərçənd Azərbaycan özünün döyüş aviasiya parkının yenilənməsinə də ciddi ehtiyac duyur. Çünki döyüş aviasiyasının əsasını modernləşdirilmiş MiQ-29 sovet qırıcıları təşkil edir. Azərbaycan çoxdandır JF-17 Pakistan-Çin qırıcılarını almağa maraq göstərir və artıq Pakistandan MFI-395 Super Mushshak yüngül təlim-məşq təyyarələrini alıb”,-Rusiya nəşri xatırladır.

“Vedemosti” əlavə edir ki, Azərbaycan üçün Su-57 qırıcılarına maraq üçün dönüş nöqtəsi Ermənistanın Rsuiyadan 4 Su-30SM qırıcısı alması, daha 8 təyyarə almağa hazırlaşması olub. Azərbaycanla yanaşı Su-57 qırıcılarını almağa Türkiyə də maraq göstərir, amma Hərbi Texniki Əməkdaşlıq üzrə Federal xidmətinin direktoru Dmitri Şuqayev 2019-cu ilin noyabrında deyib ki, bu danışıqlara ancaq Rusiya ordusunun tələbatını ödəyəndən sonra başlamaq olar. Çünki Rusiya Müdafiə Nazirliyi 76 Su-57 qırıcısı sifariş verib və maşınlar 2029-cu ilə qədər təhvil verilməlidir.
“Silah İxracı” jurnalının baş redaktoru Andrey Frolov hesab edir ki, Azərbaycanla Su-57 qırıcılarına dair danışıqlar kifayət qədər uzun çəkə və Azərbaycan tərəfdən bəzi şərtlərlə müşaiyət oluna bilər. İlk növbədə maliyyələşmə mexanizmi barədə şərtlərlə.
Ekspert hesab edir ki, Azərbaycan ən uzağı bir eskadrilya Su-57 qırıcısı almaq istərdi. Bu təyyarələri almaq istəyi bir tərəfdən də Ermənistanın Su-30SM qırıcıları əldə etməsi ilə bağlı yaranıb.
“Hesab edirik ki, Azərbaycan daha üstün təyyarə almağı lazım bilir. Digər tərəfdən Azərbaycan HHQ keyfiyyət və və miqdarca kütləvi yenlənməyə ehtiyac duyur, ona görə də seçim təkcə Su-57 qırıcılarının xeyrinə deyil, eyni zamanda məsələn, qiyməti xeyli ucuz olan Çin-Pakistan qırıcılarının da xeyrinə edilə bilər”,-Frolov bildirib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-12-2019, 21:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-12-2019, 21:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT