Zelenski Baş Qərargah rəisini dəyişdi

Andrey Qnatov Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin edilib.
Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamı Prezident Aparatının saytında yerləşdirilib.
Bildirilib ki, Qnatovun təyinatı “qoşunların komandanlığının keyfiyyətini artırmaq məqsədilə” baş tutub. O, son aylarda Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Baş Qərargahın yeni rəisinə Ukrayna Silahlı Qüvvələrinin şaquli komandanlıq strukturunun səmərəliliyinin artırılması (o cümlədən korpus strukturunun yenidən təşkili və həyata keçirilməsi prosesində), Ali Baş Komandan Qərargahının qərarlarının qəbulu və icrasında operativliyin artırılması, eləcə də hərbi əməliyyatların planlaşdırılması və komandanlığın döyüş təcrübəsinin tətbiqi tapşırılıb.
Dövlət başçısı həmçinin Baş Qərargahın sabiq rəisi Anatoli Bargileviçin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. O, 2024-cü ilin fevralından bu vəzifədə çalışıb.
Bargileviç Müdafiə Nazirliyinin baş inspektoru vəzifəsini davam etdirəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-03-2025, 21:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…