“Nə qədər ki, “F-15” istəməyib...” - Bayden Trampa söz verdi

ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp onu həyatına gözlənilən mümkün təhlükədən qorunmaq üçün hərbi təyyarə və avtomobillər tələb edir.
Bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr bildirib ki, son bir neçə həftə ərzində siyasətçinin seçki qərargahının nümayəndələri ABŞ Məxfi Xidmətinin rəhbərliyinə məktublar göndərərək, onun Trampın təhlükəsizliyini adekvat şəkildə təmin etməməsindən narazılıqlarını ifadə ediblər. Respublikaçının qərargahı təkid edirdi ki, Məxfi Xidmət Trampın hərəkətləri üçün hərbi təyyarələr və ya onun şəxsi təyyarəsi üçün əlavə mühafizə təmin etsin.
Bundan əlavə, siyasətçinin qərargahı təkid edir ki, Məxfi Xidmət Trampın iqamətgahları və mitinqlərinin keçirildiyi yerlərin üzərində uçuşlara qadağa qoysun, 7 ştatda mitinqlərdə istifadə üçün qərargahı gülləkeçirməz şüşə və Respublikaçıların hərəkətləri üçün hərbi maşınlar ilə təmin etsin.
Qeyd olunub ki, siyasətçinin qərargahı İranın Trampa qarşı dron və ya raketlərdən istifadə etməklə sui-qəsd edə biləcəyindən ehtiyat edir.
“Müasir tarixdə heç bir namizəd seçki ərəfəsində hərbi təyyarələrdə uçmayıb”, - nəşr vurğulayıb.
Trampın tələbinə ABŞ Prezidenti Co Bayden də cavab verib. O, prezidentliyə namizədi İrandan gələ biləcək təhdidlər fonunda hərbi təyyarələr və əlavə müdafiə ilə təmin edəcəyinə söz verib.
“Mən Pentaqona göstəriş vermişəm ki, onu istədiyi hər şey ilə təmin etsin, elə bilsin ki, hazırkı prezidentdir. Nə qədər ki, o, “F-15” istəməyib, nazirliyə tapşırmışam ki, prezident vəzifəsində olan şəxslərə verildiyi kimi, ona da istədiyi şey verilsin”, - Bayden Ağ Evdə jurnalistlərə bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2024, 11:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…