Sosial yardım almağa başlayan ailə müavinətin məbləğini necə artıra bilər? - FOTO

Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmaması ilə bağlıdır.
Yəni, əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa, onun yardım məbləği də artırılacaqmı?
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirib ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərir:
“Yəni ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan hesablanır və həmin ailə daha çox yardım ala bilər.
Bununla yanaşı, ehtiyac meyarı artırılmamışdan əvvəl sosial yardım almağa başlayan ailə müavinətin məbləğini necə artıra bilər? Qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə, o halda həmin ailə yardımı dayandırıb yenidən müraciət edə bilər. Yəni ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə, o halda yenidən müraciət hüququna malikdir. Bununla, həmin ailə daha çox məbləğdə yardım üçün müraciət edib əldə edə bilər. Həmin ailə elektron kabinet üzərində yardımın dayandırılması və yenidən verilməsi üzrə müraciəti həyata keçirməlidir”.
“Bütövlükdə, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda proqramdan faydalanalar üçün də imkanlar yaradır”, - deputat əlavə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2024, 14:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC