Xırdalan sakinləri bezib: yol qazılıb, dayanacaq satılıb - Fotolar

Xırdalan şəhərinin Heydər Əliyev prospektində qazıntı işlərinin aparılması və bu prosesin 2 ilə yaxındır yekunlaşmaması sakinlərin narazılığına səbəb. Bu narazılıq sosial şəbəkələr vasitəsilə ifadə edilir.
Qazıntı işləri şəhərdə kanalizasiya sisteminin yenilənməsi ilə əlaqədardır. Sakinlərin narazılığı isə alternativ yolun olmaması, nəticədə tıxacın yaranmasıdır.
Sakinlər həm də bildirib ki, prospektdə 6 ildən çoxdur ki, müxtəlif təyinatlı işlər aparılır. “Şəhərin mərkəzi prospekti olan bu ərazidə iş bitmir ki, bitmir. İllərdir əziyyət çəkirik. Gah kanalizasiya xətləri yenilənir, gah su xətlərini dəyişdirildiyini deyirlər. Alternativ yol da yoxdur. Ona görə də hər gün tıxac problemi ilə üzləşirik. Əsəblərimiz korlanıb artıq”, - deyə sakinlər bildirib.

Araşdırmalarımız zamanı bəlli olub ki, kanalizasiya xətlərinin təzələnməsindən sonra yol təsərrüfatı yenidən qurulacaq. Bunu “Yeni Sabah”a ərazidə işləyən fəhlələr deyib. Onların sözlərinə kanalizasiya xətlərinin yenilınməsi işi artıq başa çatmaq üzrədir. “Bundan dərhal sonra yolun təmirinə başlanılacaq”, - deyə fəhlələr bildirib.
Sakinlər isə buna o qədər də sevinmirlər. Doğrudur, yol bərbad gündədir. Amma sakinlər bunun da təmirinin 5-6 il çəkəcəyini düşünür. “Əgər belə komplkes layihə var idisə əvvəldən alternativ yol çəkilməli idi. Axı bura mərkəzdir. Gediş-gəliş çoxdur. Hər gün də maşınların sayı artır”,- deyə sakinlər əlavə edib.
O da bəlli olub ki, şəhərin Nizami küçəsindəki dayanacağın ərazisi hasarlanıb. İddialara görə, onun yerində 3 mərtəbəli bina tikiləcək.
Bu məsələdə Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın yaxın qohumlarının adı hallanır. İddia olunur ki, başçının ailə üzvlərindən biri bu ərazidə hündürmərtəbəli bina tikmək niyyətindədir. 
Zəbt olunan dayanacağın ərazisi

Paylaş:
Müəllif : Redaktor
Tarix:25-08-2019, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-08-2019, 13:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…