reklam
Regionxeberlericom.az » Sosial » Əsir anaları Ceyhun Bayramovdan kömək istəyir

reklam

Əsir anaları Ceyhun Bayramovdan kömək istəyir


Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərinin valideynləri Xarici İşlər Nazirliyinə (XİN) gediblər.

Regionxeberlericom.az Modern.az-a istinadən xəbər verir ki, əsgərlər Aqşin Bəbirov və Hüseyn Axundovun anaları XİN rəsmiləri tərəfindən qəbul olunub, onlara övladlarının azad olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Hüseyn Axundovun anası Şəlalə Axundova deyib ki, nazir Ceyhun Bayramovla görüşmək istəsələr də, onları səlahiyyətli şəxs qəbul edib:

“Bu gün biz Xarici İşlər Nazirliyinə getdik, Ceyhun Bayramovla görüşə bilmədik. Lakin nazirliyin səlahiyyətli şəxsləri bizi qəbul edərək, övladlarımızın geri qaytarılması istiqamətində səylə çalışdıqlarını bildirdilər. Nazir Ceyhun Bayramovun əsirlərin azad olunması üçün xarici ölkələrdə çıxışlar etdiyi barədə məlumat verdilər. 

Biz əsir hərbçilərin valideynləri olaraq, övladımızın səsini eşitmək, onlarla videoformatda danışmaq istədiyimizi bildirdik və bizə köməklik göstərilməsini xahiş etdik”.

“Dərdimizi danışdıq, onlar da bizi dinlədilər. Xahiş etdik ki, övladlarımızın sağlıq durumu barədə bizə ətraflı məlumat versinlər. Görüntülü, səsli danışmaq imkanı yaratsınlar, ya da heç olmasa, şəkillərini bizə göndərsinlər. İstəyimiz odur ki, bizə kömək etsinlər”, - əsir anası vurğulayıb.


Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.




Paylaş:


Müəllif : Tarix:
12-05-2023, 16:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər