reklam
Regionxeberlericom.az » Sosial » Aerostat səfərə mane oldu - İNCƏLƏMƏ...

reklam

Aerostat səfərə mane oldu - İNCƏLƏMƏ...


Çin Qərb ölkələrində, o cümlədən ABŞ-da kəşfiyyat işlərini genişləndirmək siyasətindən imtina etməyib. Çin illər uzun Qərb ölkələrindən texnologiyaların oğurluğu ilə məşğul olub. Pekin ABŞ-da yaşayan çinliləri tərəfdaşlığa sövq edərək Amerikadakı müəssisələrdən texnologiyalar oğurlayıb. ABŞ-da bu oğurluqlarla bağlı yüzlərlə həbs həyata keçirilib.

Bu həbslərə baxmayaraq, Pekin ABŞ-da texnologiya oğurluğu və kəşfiyyat məlumatları əldə etmək siyasətini davam etdirir. Havaya buraxılan şar – aerostat buna nümunədir. Çinə aid şar ABŞ-ın hava məkanına daxil olaraq kəşfiyyat məlumatları toplamalı idi. Aerostatda kəşfiyyat cihazları mövcud idi.

Pekin aerostatın Çinə məxsis olduğunu inkar etməyib. Ancaq Pekin belə bir açıqlama verib ki, guya həmin aerostat kəşfiyyat deyil, “mülki məqsədlər” üçün nəzərdə tutulub və guya təsadüfən Amerika səmasına keçib. Buna kimsə inanmadı. Çünki Pekinin “mülki məqsədli” adlandırdığı aerostat fevralın əvvəlində ABŞ-ın hərbi hava qüvvələrinin bazası və nüvə raket silolarının yerləşdiyi Montana ştatı üzərində aşkarlanıb. Vaşinqton aerostanın Amerikanın strateji obyektlərinə nəzarətlə məşğul olduğunu vurğulayıb.

Amerika qırıcı təyyarəsi həmin aerostatı fevralın 4-də Atlantik okeanı üzərində, sahildən bir neçə on kilometr aralıda vurublar. Pekin Vaşinqtonu məsələyə “qeyri-adekvat reaksiyada” ittiham edib. Bundan sonra Pekin “cavab vermək hüququnu özündə saxladığını” açıqlayıb. Bu nə cavab ola bilər?

Aydındır ki, ABŞ eyni məqsədlərlə Çin səmasına aerostat göndərməyəcək. Ancaq mümkündür ki, Çində ABŞ-la əlaqəli olan kismlərisə həbs edib onların “kəşfiyyatçı” kimi qələmə versinlər. Son hadisə iki ölkə soyuq olan münasibətləri bir az daha gərginləşdirib. Nəticədə ABŞ dövlət katibi Entoni Blinken Çinə fevral ayının əvvəlində planlaşdırdığı səfəri təxirə salıb. Halbuki, Blinkenin səfəri uzun müddət idi hazırlanırdı. Bu səfərin ardınca ABŞ prezidenti Co Baydenin Çin lideri Si Tsinpinlə görüşü də planlaşdırılırdı.

“Atlas” Araşdırmalar Mərkəzi

DİA.AZ




Paylaş:


Müəllif : Tarix:
6-02-2023, 12:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər