reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya aviaşirkətləri Çin hava məkanına buraxılmır – Rusiya Çinə inamını itirir

reklam

Rusiya aviaşirkətləri Çin hava məkanına buraxılmır – Rusiya Çinə inamını itirir









Pekinin Rusiya hava yollarının xaricilərə məxsus reaktiv təyyarələrini hava məkanına buraxmaması Çin və Rusiya arasındakı “qardaşlıq münasibətləri”ni korlaya bilər.

“Washington Post” qəzetinə istinadən “The Hong Kong Post” xəbər verir ki, Çin ticarət, iqtisadiyyat və digər sahələrdə öz maraqlarını qorumaq üçün Ukrayna ilə davam edən müharibə şəraitində Moskvaya daha çox dəstək vermək istəmədiyini dəfələrlə nümayiş etdirib. Pekinin son addımı ilə Rusiya indi Çinə olan inamını itirmiş kimi görünür.

Qəzetin yazıdğına görə, Rusiya rəsmiləri Ukrayna ilə müharibə şəraitində Çinin Moskvaya daha çox dəstək verməkdən açıq-aşkar imtina etməsindən getdikcə məyus olur. Eksperlərin fikrincə, Çin Rusiya müharibəsindən uzaqlaşmağı və şirkətləri üçün sanksiyalarla nəticələnə biləcək addımlardan yayınmağı üstün tutub.

“Hong Kong Post” Rusiya mediasına istinadən yazır ki, Rusiya aviaşirkətləri təyyarələrinin xaricdə qeydiyyatdan çıxarıldığını göstərən sənədləri təqdim edə bilmir və Çin hava məkanına buraxılmır. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra Çin Rusiyaya hissələri tədarük etməkdən imtina etmişdi və indi də Rusiya təyyarələrinin Çin hava məkanından istifadəsinə qadağa qoyub. Bu, Pekində Putinə dəstək çatının əlaməti ola bilər.

Çin daha əvvəl bəyan etmişdi ki, Ukraynadakı hadisələr dərin narahatlıq doğurur və Rusiya ilə Ukrayna arasında danışıqlarda liderlik edəcək.

Çin Rusiya ilə diplomatik əlaqələrə görə strateji olaraq tərəf tutmaqdan yayınıb və bu addımları qınamayıb. Əksinə, o, Rusiyanı qırılma nöqtəsinə itələməkdə NATO və ABŞ-ı günahlandırıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijan, Çinin müharibə ilə bağlı mövqeyinin ardıcıl və aydın olduğunu deyib. O, həmçinin ABŞ-ın Çinin sanksiyalarla bağlı narahatlığını ciddi qəbul etməli olduğunu bildirərək xəbərdarlıq etmişdi ki, bu sanksiyalar heç vaxt sülh və əmin-amanlıq gətirməyəcək.

Rusiya diplomatları uzun müddətdir ki, Pekin və Moskva arasındakı münasibətlərin müttəfiqlikdən daha yaxşı olduğunu və Ukraynada davam edən müharibənin təzyiqlərinə tab gətirdiyini iddia edirdi.

Rusiyanın Çindəki səfiri Andrey Denisov və xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl Ukrayna böhranının Moskva və Pekini bir-birinə daha da yaxınlaşdırdığını bildirib.

Çinin Rusiya hava yollarının xaricə məxsus təyyarələrin hava məkanına buraxılmasını qadağan etməsindən sonra rus diplomatlar Çin və onun davranışlarına münasibətini yenidən nəzərdən keçirəcəklər.




Paylaş:


Müəllif : Tarix:
17-06-2022, 00:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər