reklam
Regionxeberlericom.az » Sosial » “Əfvlə yanaşı, Amnistiya aktı da ola bilər” - AÇIQLAMA

reklam

“Əfvlə yanaşı, Amnistiya aktı da ola bilər” - AÇIQLAMA

“Böyük əfv olacağını gözləyirəm. Mümkündür ki, Heydər Əliyevin 100 illiyi ilə bağlı əfvlə yanaşı, Amnistiya aktı da olsun. Fevralda Milli Məclis işə başlayır. Məntiqlə Amnistiya aktı da ola bilər. Yəni buna zaman da çatır. Ehtimal edirəm ki, çox sayda insan azadlığa buraxılacaq”.

Bunu Teleqraf.com-a Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu mayda gözlənilən əfvlə bağlı danışarkən deyib.

Hüquq müdafiəçisi əlavə edib ki, onların 30-ya yaxın məhbus siyahısı var və həmin siyahını Prezident yanında Əfv Məsələləri Komissiyasına təqdim ediblər.

Novella Cəfəroğlunun sözlərinə görə, bununla yanaşı xahiş etmişik ki, ömürlük həbs olunan və 20 ildən çox cəza çəkən bəzi məhkumlar əfv siyahısına daxil edilsin:

“Mən demirəm ki, caniləri və banditləri buraxsınlar. Amma keçmiş OMON-çular var və onlar Qarabağ müharibəsinin ilk illərində düşmənə qarşı vuruşublar. Eləcə də “Qaranquş”lar var. Həmçinin elə insanlar var ki, təsadüfən əlindən xəta çıxıb. Bizim fikrimizcə, belə insanlara da dövlət humanist üzünü göstərməlidir ki, onlar da bu imkandan istifadə edə bilsinlər. Hər halda bizim tərəfimizdən belə tövsiyə edilib”.

“Biz gözləyirik bu məsələ nəhayətdə həllini tapsın. Bildiyiniz kimi Avropa siyasi məhbus deyərək Azərbaycanın üstünə gəlir. Bu məsələni həll etsək canımız Avropa və ABŞ-dan qurtarar. Bizə ayrı söz deyə, başqa arqumentlərlə üzərimizə gələ bilmirlər. Ancaq insan haqları məsələsindən tuturlar. Necə müddətdir ki, yenə Avropada çıxış edirlər, fikirlər səsləndirirlər. Bunların qarşısını almaq, səsini kəsmək, arqumentlərini əllərindən almaq lazımdır. Niyə kişilikdən xəbərləri olmayanlar Azərbaycan dövləti haqqında söz deməlidirlər? Eləcə də Bəxtiyar Hacıyevi ilk dəfə həbs ediləndə müdafiə etmişdik. Bəxtiytar II Qarabağ savaşında böyük kampaniya keçirib, bir milyondan çox pul yığaraq cəbhəyə köməklik edib. Həm də Bəxtiyarın hansı gücü var ki, dövlətə nə etsin? Hesab edirəm ki, belə məqamlar da nəzərə alınmalıdır”, - hüquq müdafiəçisi fikirlərini yekunlaşdırıb.




Paylaş:


Müəllif : Tarix:
26-01-2023, 16:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər