Başçının birinci müavini ilə iş adamı arasında 30 min manatlıq qalmaqal - Beyləqanda hər kəs bunu danışır...

Qanunla vəzifəli şəxslərin bizneslə məşğul olması qadağan edilməsinə baxmayaraq məmurlarımızın biznesləri günü gündən artmaqda və inkşaf etməkdədir. Belə məmurlardan biridə Beyləqan rayon icra başçısının birinci müavini Telman Məstanovdur.
Beyləqandan PİA.AZ-a daxil məlumata görə Telman Məstanov rayonun girəcəyində iş adamı Hacı kimi tanınan İlqar Məmmədovla şərikli LUKOİL yanacaq doldurma məntəqəsi açıb. Həmin yanacaq doldurma məntəsəinin bir hissəsinə şərik olan Telman Məstanovun bu yaxınlarda ortağı Hacı İlqarla arasında qalmaqal, daha doğrusu söz söhbət yaranıb. Başçı müavini ilə iş adamı arasında yaranmış söz söhbətin səbəbkarı isə Telman Məstanovun oğlu Vüsal Məstanov olub.
PİA.az-a daxil olan məlumatda bildirilir ki, LUKOİL yanacaq doldurma məntəqəsinə nəzarət edən Vüsal Məstanovun xeyli miqdarda yeyintisi ortaya çıxıb. İddiaya görə yanacaq doldurma məntəqəsində, nə az, nə çox, 30 min manat maliyyə çatışmamazlığl aşkarlanıb və bu da Telman Məstanovla şəriki arasında gərginliyə səbəb olub. Bildirilir ki, İlqar Məmmədov 30 minlik çatışmamazlığa görə Telman Məstanovun oğlunu ittiham edib və İlqar Məmmədov 30 minin geri qaytarılmasını yanacaq doldurma məntəqsini idarə edən Vüsal Məstanovdan və onun atasından tələb edib. Məhz bundan sonra İlqar Məmmədovla Telman Məstanov arasında söz söhbət yaranaraq böyüməyə başlayıb.
Saytımıza daxil olan məlumata görə LUKOİL yanacaq doldutma məntəqəsinin 65 faizinə şərik olan İlqar Məmmədovu başçının birinci müavinini və oğlunu obyektdən qovub. İş adamı qəti şəkildə bildirib ki, 5 günə oğurlanan 30 min manat geri qaytarılmasa şərikliliyə son qoyacaq. Şəriki ilə münasibətlərə son qoymaq istəməyən Telman Məstanov oğlunun üzərinə qoyulan 30 min manatı deyilən 5 gün müddətinə yerinə qoyub.
Bildirək ki, hazırda icra başçısının birinci müavini Telman Məstanovun daim LUKOİL yanacaq doldurma məntəqəsində oturduğu və işə çox az getdiyi deyilir.
Məlumata görə birinci müavinlə rayon başçısı Asif Ağayev arasında ciddi problemlər mövcuddur. İcra başçısı Telman Məstanovu rayonda həyata keçirilən bütün işlərdən kənarlaşdırıb və onunla vidalaşmaq istəyindədir.
Qeyd edək ki, daxil olan məlumatla bağlı PİA.az Beyləqanda başqa bir bir neçə mənbədən bu iddiları dəqiqləşdirib. Digər mənbələr də iddiaları doğrulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2019, 15:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-06-2019, 15:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT