Baş Səhiyyə İdarəsindən şübhəli tender - Bu, dövlət büdcəsidir, dədə malınız deyil...

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin liftlərə texniki xidmətlə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
HİT.Az xəbər verir ki, qalib şirkət “Harmony İndustrial Construction and Engineering Group” MMC-dir.
İdarə MMC-yə göstərdiyi xidmətin müqabilində toplam olaraq 28 079.92 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir. Şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.
“Harmony İndustrial Construction and Engineering Group” MMC-nin hüquqi ünvanında daha iki şirkət qeydiyyatdadır. Bunlar “Piramida-2001” MMC və “A-Marble” MMC-dir. “Piramida -2001” MMC-nin də qanuni təmsilçisi Əlövsət Orucovdur. “A-Merable” MMC-yə gəlincə, bu şirkətin qanuni təmsilçisi kimi Orucova Maya Zülfüqar qızının adı qeyd edilib. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Əlövsət Orucov həm də “Piramida F.R” MMC-nin sahibi olub.
2020-ci ildə ümumi məbləği 1 milyona çatan satınalma müsabiqələrinin qalibi olan şirkətin 542 min manat vergi borcu olub. Bundan başqa, internet resurslarında apardığımız araşdırma zamanı bəlli olub ki, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.
2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, hazırda şirkət fəaliyyət göstərmir. Hər halda Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Piramida F.R” MMC barədə hər hansı məlumat yoxdur. Bu MMC-yə məxsus VÖEN indi “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin istifadəsindədir. Görünür, Əlövsət Orucov “Piramida F.R” MMC-nin şübhəli tenderlərdə iştirakı ilə bağlı mediada yayımlanan yazılardan ehtiyatlanaraq şirkətin adını dəyişdirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2021, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2021, 17:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II