Məcburi köçkünlərin qayıdış prosesi necə təşkil olunacaq – Proqram hazırlanır

Ermənilərin işğal etdiyi bölgələrin azad edilməsi ilə məcburi köçkünlərin evlərinə qayıtması prosesi başlayır. İşğal zamanı bir çox məcburi köçkünlər öz mülkiyyətini təsdiqləyən sənədlər olmadan evlərini tərk etmişdilər. AYNA onların hansı sənədlər əsasında bu və ya digər azad edilmiş Qarabağ bölgəsində mülkiyyət hüquqlarını müdafiə edəcəklərini öyrənməyə çalışıb.
Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, o, çox vaxt məcburi köçkünlərin mülkiyyət hüquqlarını Avropa Məhkəməsində müdafiə etməyə məcbur olur: “İşğal olunmuş ərazilərdə torpaq islahatı aparılmayıb. Buna görə də yalnız evlər və həyətyanı sahələr məcburi köçkünlərin mülkü idi. İşğal olunmuş ərazilərdə idarəetmə struturları sahəsində də islahat aparılmayıb. Buna görə kəndlərdə Sovet dövründən bəri mövcud olan kənd sovetləri sistemi qorunub saxlanılıb”.
“Çox vaxt məcburi köçkünlərin mülkiyyətini təsdiqləyən yeganə sənəd kənd sovetinin qeydiyyat kitabından çıxarışlardır. Ancaq bu qeydiyyat kitablarının əksəriyyəti işğal olunmuş ərazilərdə qalıb. Bu səbəbdən məcburi köçkünlərin əksəriyyətində vaxtı ilə yaşadıqları rayonlarda evlərə və təsərrüfat sahələrinə sahib olduqlarını təsdiqləyən heç bir sənəd yoxdur”, - Mustafayev bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) öyrəndiyimizə əsasən, məcburi köçkünlərin geri qaytarılması üçün xüsusi bir dövlət proqramı hazırlanır: “Bu proqram məcburi köçkünlərin evlərinə və təsərrüfat sahələrinə sahiblik hüquqlarını da əks etdirəcək”.
Dövlət proqramı üzrə işlərin nə vaxt başa çatacağı ilə bağlı sualımıza QMKİDK-dan Nazirlər Kabineti ilə əlaqə saxlamağımız tövsiyə olundu. Müvafiq sorğu ilə müraciət etdiyimiz Nazirlər Kabinetinin mətbuat xidmətindən isə “Bu proqramın təfərrüatını mütləq öyrənəcəyik və sizə məlumat verəcəyik” desələr də, sonradan zənglərimizə cavab verilmədi.
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə şöbəsinin müdiri Sabir Əvəzzadə dedi ki, onlarda, yalnız 1991-ci ildə aparılmış əhali siyahıya alınmasının nəticələrini göstərən sənəd var: “Laçın rayon sakinlərinin evlərinə və təsərrüfat sahələrinə mülkiyyətini təsdiqləyən sənəd yoxdur. Məcburi köçkünlərin evlərinə qayıtması ilə bağlı dövlət proqramına gəlincə, bu barədə məndə heç bir məlumat yoxdur”.
Cəbrayıl RİH başçısının müavini Tapdıq Nəsirov, məcburi köçkünlərin mülkiyyət hüquqlarını təsdiqləməkdə problem yaşamayacaqlarına inanır. “Keçmiş kənd sovetləri sədrləri bu gün rayon icra hakimiyyətləri başçılarının kəndlər üzrə nümayəndələri kimi çalışırlar. Kimin nəyə sahib olduğunu onlar çox yaxşı bilirlər”.
T.Nəsirov məcburi köçkünlərin evlərinə qaytarılması proqramına da toxundu: “Belə bir proqram üzərində iş davam edir, amma detallarını bilmirəm”.
Zəngilan RİH başçısının müavini Xanım Rüstəmova da əmindir ki, məcburi köçkünlərin mülkiyyət hüquqlarının sübutu ilə bağlı heç bir problem olmayacaq: “Çünki döyüş əməliyyatları başlamazdan xeyli əvvəl məcburi köçkünlərə dəymiş ziyanın dəyərini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradıldı. Bu komissiyanın sənədlərində işğal altındakı ərazilərdə kimin nəyə sahib olduğu göstərilir”.
Qubadlı RİH-dən də məcburi köçkünlərinin hüquqlarının müəyyənləşdirilməsində problem yaşamadıqları bildirilib: “Bu sənədlər arxivdədir. Ötən müharibə zamanı bütün lazımi sənədləri çıxara bilmişik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-11-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-11-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…