Prezidentin bir həftə əvvəl açdığı park qaranlığa qərq oldu - İcra başçısının işıq "oyunu"
Bu il aprelin 18-də açılışı təşkil olunan və hətta açılışında ölkə başçısı və birinci vitse-prezidentin də iştirak etdiyi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Neftçilər parkı” bir neçə gündür, işıq üzünə həsrət qalıb.
regionxeberlericom.az azpolitika.info-ya istinadən xəbər verir ki, bu barədə sakinlər şikayət edib.
Sakinlərin sözlərinə görə, ölkə başçısının gəlişi gözlənildiyindən, parkın açılışından bir neçə gün əvvəl yollarda və yol kənarlarında tez-tələsik abadlıq işləri aparılıb. Parkın özündə isə 3-4 ədəd kiçik "karusel” quraşdırılıb. Sakinlər bildirirlər ki, hətta o qədər də müasir olmayan bu "karusellər” belə, park açılandan bu günə qədər hələ düz-əməlli işləməyib. Səbəb olaraq isə sakinlərə elektrik təminatında problemlərin olması göstərilib. Bəzi yerli sakinlər isə guya parkın elektrik borcu olduğundan işığının kəsildiyini iddia edirlər. Lakin yenicə açılmış bir ictimai obyektin elektrik borcunun yaranması inandırıcı görünmür.
Sakinlərin dediyinə görə, açılışdan sonrakı ilk günlərdə ərazi elektrik enerjisi ilə təmin olunsa da, son 2-3 gündə "Neftçilər parkı”nda işıq yoxdur. Bu da bir ildən çoxdur Qaraçuxurda demək olar ki, yeganə olan bu parkın açılışını gözləyən yerli sakinlərin haqlı narazılığına səbəb olub. Böyüklərlə birgə uşaqların da üz tutduğu parkın ərazisi zülmət qaranlığa qərq olduğundan, axşam saatlarında bu yer müasir parkdan çox qorxulu meşəyə bənzəməyə başlayır.
Ancaq xatırlatmaq yerinə düşər ki, parkın açılışında prezidentə hesabat verən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nəinki yenicə inşa edilmiş parkın, ümumiyyətlə Suraxanı rayonunun heç bir kommunal probleminin qalmadığını demişdi: "Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin, Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir”.
Əslində, Suraxanı rayonu kommunal problemlər və infrastruktur sarıdan paytaxtın heç də öndə gedən rayonu sayıla bilməz. Məsələn, elə həmin Qaraçuxur qəsəbəsinin Şərq Massivi adlanan ərazisində hər il hələ yay gəlməmişdən içməli su problemi başlayır və bütün yay boyu bu problem heç cür həll olunmur ki, olunmur. Və ümumiyyətlə, rayonda hər şeyin "gözəl olduğunu” elə ölkə başçısının cəmi 6 gün əvvəl açılışını etdiyi parkın 2 gündən sonra işıqsız qalması, qaranlığa qərq olması və heç kimin də bununla maraqlanmaması da sübut edir…
Paylaş:
Müəllif : Yazar
Tarix:24-04-2019, 17:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-04-2019, 17:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 16:01
Bu gün, 15:59
Bu gün, 15:58
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT