YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI GƏLDİ - “Partiyanın əsas namizədlərindən biri olacaq”

9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib.
MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının (YAP) maliyyə məsələləri üzrə nümayəndəsi kimi beşinci çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.
Sosial şəbəkələrdəki bəzi iddialara görə, Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməsi dolayısı ilə onun deputatlığa namizədliyinin irəli sürülməyəcəyini ortaya qoyub.
Modern.az bu iddialarla bağlı YAP-ın mövqeyini öyrənib. Partiyanın mətbuat katibi Hüseyn Paşayev əməkdaşımıza bildirib ki, bunun məsələyə aidiyyəti yoxdur:
“Seçki qanunvericiliyinə görə, hər hansı partiya seçkilərdə iştirak edirsə, onun Mərkəzi Seçki Komissiyasında və bütün dairələr üzrə səlahiyyətli nümayəndələri olmalıdır. Hansı ki o dairələrdə həmin partiya namizədlə, iddiaçı ilə təmsil olunur. Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində də bütün dairələr üzrə öz namizədlərini irəli sürəcək. Ona görə də İdarə Heyətinin qərarı ilə respublika üzrə mövcud 119 dairənin hər birinə səlahiyyətli nümayəndələr təyin edib. Artıq Yeni Azərbaycan Partiyasının bu səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında təsdiq olunub, yəni qeydə alınıb.
O cümlədən Yeni Azərbaycan Partiyasının ölkə üzrə səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub.
YAP-ın sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov YAP-ın yeganə səlahiyyətli nümayəndəsidir. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsidir”.
Hüseyn Paşayev YAP icra katibinin müavini Siyavuş Novruzovun deputatlığa namizədliyinin irəli sürülüb-sürülməməsi məsələsinə də aydınlıq gətirib:
“O ki qaldı bəzi sosial şəbəkələrdə və bəzi KİV-də Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun deputatlığa namizədliyinin irəli sürülməyəcəyi barədə iddialara, bunu şərh edərkən qeyd etməliyəm ki, Siyavuş Novruzovun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunması barədə informasiya yanlış şərh olunub. Bu cür yozumun başlıca mənbəyi ondan irəli gəlir ki, bu cür şərh verənlər Seçki Məcəlləsi ilə, seçki qanunvericiliyi ilə yaxından tanış deyillər. Ona görə də bu cür yanlış şərhlər irəli sürülməkdədir. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının qurulmasında, təşkilatlanmasında və sonrakı fəaliyyəti dövründə həmişə üzdə olmuş şəxslərdən olub. Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə düşünür ki, Siyavuş Novruzov növbəti parlament seçkilərində də partiyanın əsas namizədlərindən biri olaraq təmsil olunacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2019, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2019, 17:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…