Ağdamda işğal dövründə yaranmış tikinti-söküntü tullantıları təkrar emal ediləcək

Ağdam şəhərindəki konfrans mərkəzində BMT-nin Ətraf Mühit Proqramı tərəfindən (UNEP) Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış hesabatın təqdimatı təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ətraf mühitə dəymiş zərərlərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ekspertlərinin ötən il işğaldan azad olunmuş ərazilərə qiymətləndirmə səfəri həyata keçirilib.
Ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması üçün Şuşa şəhəri və Ağdam rayonu ərazilərindən götürülmüş tikinti-söküntü nümunələri üzərində laborator təhlillər aparılıb, tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.
Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq dövlət qurumlarının nümayəndələri, İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəlikləri, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin, “Şərqi Zəngəzur İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, həmçinin tikinti sahəsində təcrübəyə malik yerli şirkət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağdam rayonunda planlaşdırılan yenidənqurma və bərpa işləri, tikinti-söküntü tullantılarının miqdarı və təkrar emal imkanları daxil olmaqla, dağıntıların qiymətləndirilməsi və təkrar emalı ssenarilərinin əsas nəticələri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Təqdim edilmiş hesabat əsasında Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı Fəaliyyət Planının hazırlanması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi həyata keçirilib, bu təcrübədən istifadə edərək işğaldan azad edilmiş digər ərazilərdə də analoji fəaliyyətin planlaşdırılması qərara alınıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2023, 17:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…

Kərəm Mustafayev vəzifəsindən azad edildikdən sonra qızlarının İngiltərədəki şirkətləri və restoranı bağlanıb.

"AZƏRENERJİ"nin prezidenti Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə İngiltərədə alüminium fabriki açır - Şirkəti İsrail vətəndaşı kimi təsis edib

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC