reklam
Regionxeberlericom.az » İdman » Daha bir ulduz boksçu İslamı QƏBUL ETDİ - Məhəmməd Əlidən SONRA

reklam

Daha bir ulduz boksçu İslamı QƏBUL ETDİ - Məhəmməd Əlidən SONRA


Üç çəki dərəcəsində məğlub olmayan dünya çempionu Jervonta Devis İslam dinini qəbul edib və adını dəyişmək qərarına gəlib.

Xarici KİV bildirir ki, yeni dinində ulduz boksçu özünü Abdul Vahid adlandıracaq.

Beləliklə, 29 yaşlı amerikalı boksçu əfsanəvi Məhəmməd Əlini təkrarlayıb. Zamanında o da İslamı qəbul edərək adını Cassius Clay deyil, dünya şöhrətli Məhəmməd Əliyə çevirib.

Gervonta Devis 2013-cü ildə peşəkar rinqdə debüt edib. Amerikalı ilk çempionluq kəmərini 2017-ci ilin yanvarında qazanaraq ikinci yüngül çəkidə (59 kq-a qədər) IBF çempionu olub.

2019-cu ilin dekabrında Jervonta Kuba təmsilçisi Yuriorkis Qambonu nokaut edərək WBA yüngül çəkidə çempionluq kəmərini (61,2 kq-a qədər) qazanıb.

2021-ci ilin iyununda Devis amerikalı Mario Barrios üzərində texniki nokautla qalib gəlib və birinci ağır çəki dərəcəsində (63,5 kq-a qədər) WBA titulunu əldə edib.

Gervonta Devis son döyüşündə ulduz həmyerlisi Rayan Qarsiyanı nokaut edib və WBA dünya çempionu titulunu qoruyub.

Ümumilikdə, amerikalı boksçunun rekorduna peşəkar rinqdə 29 döyüşdə 29 qələbə daxildir. O, 27 görüşü vaxtından əvvəl başa vurub.




Paylaş:


Müəllif : Tarix:
29-12-2023, 11:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər