reklam
Regionxeberlericom.az » İdman » “Mançester Siti”dən 62 milyon avroluq transfer

reklam

“Mançester Siti”dən 62 milyon avroluq transfer


İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, “şəhərlilər” digər Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Mateus Nunyesi transfer ediblər. Tərəflər beşillik müqaviləni razılaşdırıblar.

“Transfermarkt” portalı bu keçidin “Mançester Siti”yə 62 milyon avroya başa gəldiyini yazıb.

Portuqaliya millisinin üzvü keçən ilin yayında “Sportinq”dən “Vulverhempton”a transfer olunub. 25 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsüm iki matçı əvəz edilmədən keçirib.




Paylaş:


Müəllif : Tarix:
1-09-2023, 15:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər