Mundiala aparılmayan olimpiya çempionundan ETİRAZ - "Federasiya bizə şərait yaratmır"
Azərbaycan taekvondoçusu Radik İsayev Meksikanın Qvadalaxara şəhərində keçiriləcək dünya çempionatı üçün milli komandanın heyətinə salınmamasına münasibət bildirib.
O, "Report"a açıqlamasında buna heç bir izah tapa bilmədiyini söyləyib. 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu olmuş idmançı mundialdan kənarda qalmasında federasiyanı günahlandırıb.
Titullu taekvondoçunun sözlərinə görə, onunla yanaşı, 87 kq-da mübarizə aparan Milad Beiqi Harçeqani də karyerasını davam etdirmək, nüfuzlu yarışlara qatılmaq istəyir: "Amma milli komandada bunun üçün bizə şərait yaratmırlar".
Qeyd edək ki, Radik İsayev və Milad Beiqi Harçeqanidən başqa, Fəridə Əzizova da Meksikaya aparılmayacaq. 67 kq-da yer alan qadın taekvondoçu zədəli olduğu üçün yığmadan kənarda qalıb.
Dünya çempionatı 14 - 20 noyabrda təşkil olunacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-11-2022, 17:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xalq artisti: “Münsif tələbəsinə 9 xal verirsə, digər iştirakçıların haqqı necə olsun?”

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Xankəndi stadionunda işləyən fəhlələrin pulu verilmir? – MDB Oyunlar sayılı günlər qalsada işlər yekunlaşmayıb? İDDİA/VİDEO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi mənim evimi əlimdən aldı” – Sabirabad sakini Prezidentə müraciət edir

Sağlam adamlar 1-ci qrup əlillik dərəcəsi alır, gerçək xəstələr isə kənarda qalır –ŞOK GÖRÜNTÜLƏR / VİDEO

Gəncə faciəsinin arxasında gizlənən korrupsiya – Zərərçəkmişlərin haqqı kimlərin ciblərinə gedir?

Deputatın külli miqdarda çox vergi borcu olan şirkəti Lənkəran Dövlət Universitetinin tenderini uddu / VİDEO

Vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan daha 3 tender uddu - FOTOFAKT

İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Bu cavan başçıda belə....

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?