Olimpiadada medal qazanan boksçumuz Bakıya qayıdıb - FOTO

Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarının boks yarışında bürünc medal qazanan Azərbaycan yığmasının idmançısı Loren Alfonso Bakıya qayıdıb.
Boksçumuzu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançının yaxınları və bokssevərlər qarşılayıb. Onlar mükafatçımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.
81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn Alfonso buna sevindiyini deyib. Onun sözlərinə görə, Avropa Oyunlarından sonra Yay Olimpiya Oyunlarında da medal qazanması xoş bir hissdir:
“Medal qazandığım üçün çox sevincliyəm. Tokioda məqsədim çempion olmaq idi. Yarışa da yaxşı başlamışdım. Olimpiadada debütdə dünya çempionatının ikincisi olan özbəkistanlı Dilşadbəy Ruzmetovla qarşılaşdım. Kifayət qədər çətin alınan döyüşdə qələbə qazandım. Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim. Yarımfinalda kubalı Arlen Lopeslə üz-üzə gəldim. Olimpiya və dünya çempionu ilə görüş də mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim.
Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Bencamin Vitakerə qalib gələrək növbəti dəfə Olimpiadanın qızıl medalçısı adına yiyələndi. Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəyəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracağam”.
Millimizin baş məşqçisi Umberto Orta Dominqes isə boksçularımızın Olimpiadadakı çıxışından danışıb. Alfonsonun üçüncü olmasını onun əzmkarlığı ilə əlaqələndirən mütəxəssis digər boksçularımızın medalsız qalmasının səbəblərinin analiz ediləcəyini, səhvlərdən nəticə çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, kişi boksçulardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına beş idmançı ilə yollanıb və yarışı bir bürünc medalla bitirib.

Paylaş:
Müəllif : Fuad
Tarix:7-08-2021, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-08-2021, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:45
Bu gün, 09:32
Bu gün, 09:07
Bu gün, 08:23
Dünən, 10:22
Dünən, 10:04
Dünən, 08:13
2-09-2025, 15:37
2-09-2025, 12:15
2-09-2025, 12:12

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT

4 ildir Respublika Narkoloji Dispanserdə müalicə olunan Camal Həsənovla bağlı ziddiyyətli açıqlamalar…