Olimpiya çempionunun qızıl medalı əlindən alındı

Paris 2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan Türkiyənin milli atleti Serkan Yıldırımın qızıl medalı əlindən alınıb.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, buna Beynəlxalq Paralimpiya Komitəsinin etirazı səbəb olub:
“Türkiyə Milli Paralimpiya Komitəsi, Almaniya qanunlarına tabe olan Beynəlxalq Paralimpiya Komitəsinə qarşı Almaniya məhkəməsində açılan iddiadan Serkan Yıldırımın Paris 2024-də yarışmasına icazə verilən qərar əldə edib və idmançımız 100 metr məsafədə çempion olmağı bacarıb. Lakin BPM bu qərarı daha yüksək instansiya məhkəməsinə aparıb və Yıldırımın müsabiqə üçün uyğun olmadığını bildirən qərar qəbul edilib. Həmçinin hüquqi proses çərçivəsində onun 100 metr məsafəyə qaçış üzrə qazandığı qızıl medalı əlindən alınıb. Medalı geri almaq üçün qanuni haqlarımızdan istifadə edirik və idmançımızın hüquqlarını sona qədər tələb edəcəyik”.
Qeyd edək ki, bir müddət əvvəl Dünya Para Atletika Federasiyası təsnifata statusuna yenidən baxılması ilə bağlı qərar verib. Məsələ ilə bağlı Almaniya məhkəməsinə etiraz edən Serkan Yıldırım hüquqi mübarizədən qalib ayrılaraq Paris 2024 Paralimpiya Oyunlarının yarış siyahısına daxil edilib. Milli atlet kişilər arasında 100 metr məsafəyə T12 kateqoriyasında yarışlarda qızıl medal qazanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-09-2024, 08:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT