reklam
Regionxeberlericom.az » Hadisə » Xocalıda beton tökən maşın aşdı, yaralılar var

reklam

Xocalıda beton tökən maşın aşdı, yaralılar var


Xocalıda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Xocalı rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub:

"Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, Astara rayon sakini, 38 yaşlı Qılman Rəhimovun idarə etdiyi "Mercedes" markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb. Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 29 yaşlı Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı araşdırmalar davam etdirilir".




Paylaş:


Müəllif : Tarix:
16-02-2023, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər