reklam
Regionxeberlericom.az » Hadisə » Xocalıda avtomobil dərəyə aşdı: Şirkət əməkdaşı xəsarət aldı

reklam

Xocalıda avtomobil dərəyə aşdı: Şirkət əməkdaşı xəsarət aldı


Xocalıda avtomobil dərəyə aşıb, şirkət əməkdaşı xəsarət alıb.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib.


O bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonunun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.


Araşdırmalar zamanı məlum olub ki, “Gədəbəy Sular” MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqov “Hyundai” markalı yük avtomobilində idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.


Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
4-02-2023, 12:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər