İsmayıllıya güclü qar yağdı, Lahıcda uçqun oldu - Video

Ötən bir həftə ərzində İsmayıllı rayonuna yağan güclü qar səbəbindən xüsusilə kənd yollarında avtomobillərin hərəkətində ciddi problemlər yaranıb.
İsmayıllının yüksək dağlıq ərazilərindəki kəndlərdə qarın hündürlüyü yarım metr, bəzi yerlərdə isə bir metrədək olub.
Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdağ, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərində əhalinin rayon mərkəzinə minik avtomobilləri ilə gediş-gəlişi dayanıb, yalnız yük maşınları ilə hərəkət etmək mümkündür. Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bir neçə evin, tövlənin və yarımtikilinin dam örtüyü qarın təsirindən çöküb.
Qeyd edək ki, İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyal dağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub. Lahıc qəsəbəsinin icra nümayəndəsi Əli Əlizadənin verdiyi məlumata görə, dünəndən başlayan güclü qar səbəbindən İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində iki dəfə qar uçqunu baş verib. Yolda hərəkət bir saat dayanıb. Yol istismar idarəsinin əməkdaşları tərəfindən əraziyə ağır texnika cəlb olunub və avtomobillərin hərəkəti bərpa edilib.
Girdiman çayından yuxarı dağətəyi kəndlərə də yağan qar səbəbindən kəndlərlə qəsəbə arasında gediş-gəliş müvəqqəti dayanıb.
İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu dolaylarında, Muğanlı-İsmayıllı, Lahıc-Dəmirçi-Pirqulu yollarında da avtomobillərin hərəkəti çətinləşib.
Hazırda yolların qardan və buzdan təmizlənməsi, nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-03-2022, 20:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto

Naxçıvandan Bakıya qayıtmaq yenə problemə çevrilib - Bu tarixə qədər bilet yoxdur + FOTO

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

"TikTok"da məmurları intim görüntülərlə şantaj edən tutuldu - "Bandotdel"dən ƏMƏLİYYAT