Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Sentyabr ayının 16-da Samux RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Taryel Bayramov əmisinə məxsus rayonun Nəbiağalı kəndində yerləşən fərdi yaşayış evində narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Polis əməkdaşları tərəfindən həyətyanı sahədən 14 ədəd ümumi çəkisi 95 kq 900 qram olan narkotik xassəli çətənə kolu və 1 kq 250 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-09-2020, 13:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-09-2020, 13:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:43
10-09-2025, 14:09
10-09-2025, 08:18

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”

ADSEA -nin daha bir QALMAQALI: Vergi borclu şirkətlə 2,8 milyonluq müqavilə bağlandı