Azərbaycanda narkotik becərən məmur saxlanıldı
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyunun 23-də Ağstafa RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Göycəli kənd sakini 36 yaşlı Vaqif Mehdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V. Mehdiyev şəxsi istifadəsi üçün becərdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Report-un məlumatına görə, Vaqif Rafiq oğlu Mehdiyev Mədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktorudur.

Paylaş:
Müəllif : Fuad
Tarix:23-06-2020, 19:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-06-2020, 19:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:43
10-09-2025, 14:09
10-09-2025, 08:18

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”

ADSEA -nin daha bir QALMAQALI: Vergi borclu şirkətlə 2,8 milyonluq müqavilə bağlandı