reklam
Regionxeberlericom.az » Hadisə » Daha bir vəzifəli şəxs yağış sularında öldü

reklam

Daha bir vəzifəli şəxs yağış sularında öldü
















Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub.

Teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

 Mərhumun 2 azyaşlı övladı var.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.




Paylaş:


Müəllif : Tarix:
17-04-2025, 12:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər